1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Yeni təhsil müəssisələri istifadəyə verilib
16.09.2017 / No35

 

 


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimlərində iştirak ediblər

Yusif ƏLİYEV

Son illərdə Azərbaycanda yeni məktəb binalarının inşası, idman komplekslərinin tikintisi, mövcudlarının isə müasir səviyyəyə çatdırılması istiqamətində böyük işlər görülüb. Bunun nəticəsidir ki, ölkədə yeni məktəb binalarının, tədris idman komplekslərinin sayı sürətlə artıb. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə icra edilən layihələrin əsas məqsədi gənc nəslin daha savadlı və bilikli olması, uşaq və gənclərin sağlam böyüməsidir. Prezident İlham Əliyev gələcəyimiz olan gənclərə həmişə böyük qayğı ilə yanaşır, onların təhsili, sosial məsələlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili, həmçinin idmanla məşğul olmaları üçün lazımi şərait yaradılmasına xüsusi diqqət yetirir.
Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısının bir hissəsi olan yeni məktəb binalarının inşası və mövcudlarının müasir səviyyədə yenidən qurulması şagirdlərə müasir sinif otaqlarında təhsil almaq, müəllimlərə isə yüksək iş şəraitində tədrislə məşğul olmaq imkanı yaradır.

Yeni tikilmiş, əsaslı şəkildə yenidən qurulmuş və təmir edilmiş təhsil ocaqlarının sırasına bu günlərdə daha 6-sı əlavə olunub. Belə ki, sentyabrın 8-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazası istifadəyə verilib, sentyabrın 11-də isə Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin, Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin, Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbin, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 105 nömrəli körpələr evi-uşaq bağçasının, “Qərənfil” körpələr evi-uşaq bağçasının binalarının yenidənqurma və əsaslı təmirdən sonra açılışları olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimlərində iştirak ediblər.

Zuğulba tədris idman bazasında idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb

Sentyabrın 8-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsib. Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verib. Bildirilib ki, burada inşaat işlərinə 2015-ci ildə başlanılıb. Kompleksin tikintisi yüksək keyfiyyətlə və müasir səviyyədə aparılıb. İdman bazasının ümumi sahəsi 1 hektara yaxındır. Baza yataqxana və idman sağlamlıq korpusları, amfiteatr, həmçinin mini-futbol və basketbol meydançalarından ibarətdir.

Prezident İlham Əliyev müəssisənin idman sağlamlıq korpusunda yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, bu cür komplekslər idmanın kütləviliyinin təmin olunmasında, gənc nəsildə idmana marağın artırılmasında böyük əhəmiyyət kəsb edir, yeniyetmə və gənclərə idmanın müxtəlif növləri ilə məşğul olmağa hərtərəfli şərait yaradır.

Yeni istifadəyə verilən bu bazada əsasən yığma komandaların təlim-məşq toplantılarının, idmanın müxtəlif növləri üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, aktual mövzularda seminarların təşkil edilməsi, idmanda fərqlənən məktəblilər üçün yay düşərgələrinin yaradılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur.

239 nömrəli tam orta məktəbin hər iki korpusunda yenidənqurma işləri yüksək keyfiyyətlə yerinə yetirilib

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məktəbin binasında görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, məktəbin əsas korpusu 1960-cı ildə, ikinci korpusu isə 2007-ci ildə inşa olunub. Hər iki korpusda yenidənqurma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Məktəbdə 53 sinif, 2 informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları, hərbi otaq və kitabxana var. Təhsil ocağında, həmçinin “Sağlam təhsil” və tibb otaqları da nəzərdə tutulub. Hazırda məktəbdə 1180 şagird təhsil alır. Təhsil müəssisəsində şagirdlərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Təmir işləri çərçivəsində idman zalı və idman meydançası da yüksək səviyyədə yenidən qurulub. Yenidənqurma zamanı 239 nömrəli məktəbin həyətində geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

Uğurları ilə tanınan 162 nömrəli tam orta məktəb

Sentyabrın 11-də Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, bu məktəbin böyük tarixi keçmişi var. Belə ki, təhsil ocağı 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəbin binasında indiyədək əsaslı təmir işləri aparılmayıb. Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib. Məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb.

Prezident məktəbdə yaradılan “Eko sinif”də də olub. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini-kazarma yaradılıb.

Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.

Fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb.

268 nömrəli məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alır

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına veriləcək. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.
Qeyd edək ki, yeni inşa olunan və əsaslı şəkildə yenidən qurulan bütün təhsil müəssisələri lazımi avadanlıq və inventarla, zəruri tədris vəsaitləri ilə tam təchiz olunub.

105 nömrəli körpələr evi-uşaq bağçası 12 qrupla fəaliyyətə başlayıb

Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı layihələri uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

Sentyabrın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Azərbaycanın Birinci vitse-prezidentinə körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, 1985-ci ildə inşa edilmiş bu müəssisə istifadəyə verildiyi vaxtdan bəri təmir olunmayıb. Sonradan uşaq bağçasının bir hissəsində məcburi köçkünlər yerləşdiyindən müəssisədə ümumilikdə 60 uşaq olmaqla 4 qrup fəaliyyət göstərib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının icrası ilə əlaqədar uşaq bağçasında məskunlaşmış məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində salınmış yeni yaşayış massivinə köçürüldükdən sonra burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. İndi uşaq bağçası 230 uşaq yerlik olmaqla 12 qrupla fəaliyyətə başlayıb.

Körpələr evi-uşaq bağçasının ərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazırdır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, bu bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.

İkimərtəbəli körpələr evi-uşaq bağçası 12 qrupdan ibarətdir. Bu qrupların hər biri 3 otaq olmaqla lazımi inventarla təchiz edilib. Bütün mebel dəstləri və avadanlıq yenisi ilə əvəz olunub. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edir. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Üçkorpuslu məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb.

2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Nəsimi rayonunda əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası bu istiqamətdə atılan addımlardan biridir. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri var. Burada da yenidənqurma işləri aparılıb, müasir uşaq əyləncə qurğuları quraşdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri üçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakı ərazidə də abadlıq işləri görülüb.
Təhsil müəssisələri ilə tanış olan Prezident və vitse-prezident kollektivlərə uğurlar arzulayıblar.

 

yuxarı ⤴