1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Nailiyyətlərin əhəmiyyətli hissəsi Bakı məktəblərinin payına düşür
16.09.2017 / No35

 
 

 

 


Yeni tədris ilində keyfiyyət mərhələsi başlayır

Ruhiyyə DAŞSALAHLI

Sentyabrın 11-də Bakı şəhər təhsil işçilərinin yeni dərs ilinə həsr olunan ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə Təhsil Nazirliyinin struktur rəhbərləri, məktəb direktorları, müəllimlər iştirak edib. Təhsil naziri Mikayıl Cabbarovun da qatıldığı konfransa ötən tədris ilində məktəbi uğurla başa vuran və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərən məzunlar da dəvət olunub.

İlk çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva ötən dərs ilinin uğurlarından danışıb. O, Bakı məktəblərinin ayrı-ayrı illərdə əldə etdiyi nailiyyətlərin müqayisəli təhlilini aparıb. M.Vəliyeva BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin növbəti tədris ilində uğurlarının artacağına əminliyini ifadə edib.

Daha sonra 95 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev çıxış edib. O, məktəblərdə həyata keçirilməsini zəruri hesab etdiyi bəzi təklifləri səsləndirib. Məktəblərdə peşəyönümlü tədrisin tətbiqini vacib addım hesab edən F.Babayevin başqa bir təklifi psixoloji dəstək xidmətinin genişləndirilməsi ilə bağlı olub.

108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əzət Balayeva isə gənc müəllim olaraq dövlətin qayğısından, məktəblərdə yaradılan şəraitdən danışıb. Bir müəllim kimi peşəsinin ildən-ilə artan nüfuzuna görə sevindiyini bildirib. O, öz peşəsi ilə hər gün daha çox qürur hissi keçirdiyini söyləyib.

Tədbirdə iştirak edənlər arasında orta təhsilini uğurla başa vuran 162 nömrəli məktəbin məzunu da çıxış edib. Artıq 700 balla Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanan Mahirə Əsədzadə uğurunda məktəbin və müəllimlərinin payını xüsusi vurğulayıb.
Sonda çıxış edən təhsil naziri Mikayıl Cabbarov ötən ilin uğurlarından, növbəti tədris ilinin əsas hədəflərindən danışıb. Növbəti tədris ilinin təhsildə keyfiyyət ili olduğunu deyib.

Nazir ötən tədris ilini nailiyyətlərlə bol il kimi qiymətləndirib. Onun fikrincə, nailiyyətlərin əhəmiyyətli hissəsi də Bakı məktəblərinin payına düşüb.

Məktəb tikintisi barədə məlumat verən nazir bu ilin sonuna kimi istifadəyə verilən modul tipli məktəblərin sayının 100-ə çatdırılacağını, gələn il daha 132 məktəbin quraşdırılacağını bildirib.

Buraxılış və qəbul imtahanlarının nəticələri də qaneedici olub. M.Cabbarov IX sinif şagirdlərinin 67 faizinin imtahan verdikləri fənlərdən buraxılış imtahanlarında yaxşı nəticə göstərdiklərini, XI siniflərdə 0.3 faiz yaxşılaşma müşahidə olunduğunu qeyd edib.
Məktəb direktoru Fuad Babayevin təkliflərinə də münasibət bildirən nazir peşəyönümlü tədrislə bağlı səslənən təklifi birmənalı şəkildə dəstəklədiyini vurğulayıb. Məktəbdə psixoloji xidmətlə bağlı təklifə gəlincə, nazir deyib: “Psixoloji xidmətin təkmilləşməsi ilə bağlı təklif ədalətli təklifdir. Ancaq əlavə edirəm ki, həyata keçirdiyimiz “Məktəblinin dostu” layihəsində məhz bu istiqamət təmin edilib. Hesab edirəm ki, bu layihə çərçivəsində məktəb psixoloqları ilə əməkdaşlığın ayrıntılarını təhlil etməliyik. Onu da nəzərə almalıyıq ki, layihə qısa müddətdir həyata keçirilir və az sayda məktəbləri əhatə edir. Ola bilsin ki, qəti qərarlar vermək erkən olar”.

Konfransın sonunda ümumtəhsil müəssisələrini medalla bitirən məzunlara hədiyyələr təqdim olunub.

yuxarı ⤴