1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Peşə təhsili almaq istəyənlərin sayı xeyli artıb
16.09.2017 / No35

 

 

 


Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Bilik günü qeyd olunub

Niyazi RƏHİMOV

Bakının Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Bilik günü münasibətilə tədbir keçirilib. Tədbirdə mərkəzin müəllim-şagird kollektivi ilə yanaşı, təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.

Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Firudin Qurbanov yeni tədris ilinin başlanması münasibətilə mərkəzin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə peşə təhsilinin prioritet sahələrdən biri olduğunu bildirən nazir müavini qeyd edib ki, son illər bu sahədə bir çox uğurlu layihələr həyata keçirilib. Bildirilib ki, məqsədyönlü şəkildə görülən işlərin nəticəsidir ki, peşə təhsili müəssisələrində təhsil almaq istəyənlərin sayı xeyli artıb. Müasir dövrdə əmək bazarında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində olan ixtisaslara çox böyük tələbat var və bu ixtisasları mükəmməl öyrənmək üçün hər cür şərait mövcuddur. İnsan həyatının ən vacib məqamlarından birinin peşə seçimi olduğunu da deyən F.Qurbanov şagirdlərə dövlətimiz tərəfindən onlara yaradılan şəraitdən maksimum istifadə etməyi, seçdikləri peşənin ən yaxşı mütəxəssisi olmağı tövsiyə edib. Nazir müavini dünyanın aparıcı ölkələrində də peşə təhsilinə çox önəm verildiyini, hətta ali təhsilli insanların sonradan peşə təhsili almaq arzusunda olduğunu da diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Pərviz Həmzəyev bildirib ki, bu il “ASAN Peşə” layihəsi çərçivəsində mərkəzə 23 ixtisas üzrə 500-dən çox şagird qəbul olunub. Təhsil ocağında müasir tələblərə cavab verən bir çox ixtisas olduğunu qeyd edib. Mərkəz videooperator, səs operatoru, kinomontaj, dekorator və digər ixtisaslar üzrə kadrlar hazırlayır ki, bu da təhsil müəssisəsinə şagirdlərin daha çox axınına səbəb olur. Mərkəzdə müasir standartlara cavab verən emalatxanaların olduğunu vurğulayan P.Həmzəyev onu da qeyd edib ki, təhsil ocağının məzunlarının əksəriyyəti öz ixtisasları üzrə istehsalat sahələrində çalışır.

Tədbirin rəsmi açılışından sonra təhsil nazirinin müavini Firudin Qurbanov mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə söhbət edib.

yuxarı ⤴