1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
İstedadlı uşaqlarla aparılan işlər diqqət mərkəzindədir
16.09.2017 / No35

 

 

 


Kimya-biologiya təmayüllü Respublika liseyində şagirdlərlə peşəkar müəllimlər məşğuldur

Samirə KƏRİMOVA

“Son illər təhsildə göstəricilərimizin artmasının şahidiyik”. Bu fikirləri sentyabrın 15-də Kimya-biologiya təmayüllü Respublika liseyində Bilik günü münasibətilə keçirilən tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov xüsusi vurğulayıb. Nazir müavini tədbir iştirakçılarına təhsil nazirinin salamlarını və təbrikini çatdıraraq qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Təhsil Nazirliyi tərəfindən ölkə təhsilinin inkişafı, keyfiyyətinin artırılması istiqamətində bir sıra işlərin həyata keçirildiyini, tədbirlərin reallaşdırıldığını söyləyən Ceyhun Bayramov əldə olunan müsbət nəticələrdən danışıb. İstedadlı uşaqların aşkar olunması və onların mövcud potensiallarından məqsədyönlü şəkildə istifadə edilməsinin də diqqətdə saxlanılan prioritet istiqamətlərdən olduğunu deyən nazir müavini şagirdlərin respublika fənn olimpiadalarında, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən bilik yarışlarında qazandıqları nailiyyətləri diqqətə çatdırıb. “Son illər Təhsil Nazirliyi tərəfindən beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlanılması şagirdlərimizin müvəffəqiyyətli çıxışlarına səbəb olur. Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü, kimya-bilogiya təmayüllü Respublika liseylərində olimpiada mərkəzləri yaradılıb. Burada şagirdlərlə respublikanın tanınmış və təcrübəli peşəkar müəllimləri məşğul olur. Nəticələr olduqca ürəkaçandır. Bu il 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanan şagirdimiz isə 11 il bundan əvvəl respublikamızın bu yarışdakı uğurunu yenidən təkrar edib. Ölkəmizi bu nüfuzlu olimpiadada təmsil edən şagirdlərin yüksək nailiyyəti nəticəsində Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Bu böyük bir uğurdur”.

Nazir müavini daha sonra liseydə məktəblilərin yüksək təhsil almaları üçün hər cür şəraitin yaradıldığını söyləyərək burada oxuyan şagirdlərə bu imkanlardan bəhrələnməyi tövsiyə edib.

Təhsil müəssisəsinin direktoru Kamran Rəhimov liseyin fəaliyyəti, nailiyyətləri haqqında məlumat verib. Qeyd olunub ki, ötən tədris ilində liseyin məzunlarının 87 faizi ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. 8 nəfər 600-dən yuxarı bal toplayıb.

Tədbirdə çıxış edənlər müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik ediblər.

yuxarı ⤴