1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəbdə Bilik gününün bayram sevinci
16.09.2017 / No35

 

 

 


Bu, Saray qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə də yaşanıb

Rəşad ZİYADOV

Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunun Saray qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə də 15 sentyabr - Bilik günü böyük təmtəraqla qeyd olunub. Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı meydana gətirilib. Tədbirdə təhsil nazirinin müavini Mətin Eynullayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Tədbiri açan məktəbin direktori Təyyibə Hüseynova Bilik günü münasibəti ilə bütün şagirdlərə, xüsusən bu il məktəb həyatına qədəm qoyan birincilərə, onların valideynlərinə təbriklərini çatdırıb.

Təhsil nazirinin müavini Mətin Eynullayev mərasim iştirakçılarını salamlayıb, sentyabrın 15-nin ölkə Prezidentinin sərəncamı ilə “Bilik günü” elan edildiyini, bu günün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söyləyib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil siyasətinin bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan natiq Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə cavab verən yeni məktəb binalarının inşa və ya təmir olunaraq istifadəyə verildiyini, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini bildirib. Bilik günü münasibəti ilə bütün şagirdləri və pedaqoji kollektiv üzvlərini bir daha təbrik edən M.Eynullayev şagirdlərə dövlətimiz tərəfindən onlara yaradılan şəraitdən faydalanmağı, yeni dərs ilində daha səylə oxumağı və vətənpərvər ruhda böyüməyi tövsiyə edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri təbrik edərək onlara uğurlar arzulayıb.

Məktəbin şagirdləri müqəddəs müəllimlk peşəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Daha sonra “Məktəb illəri” mahnısının ifası ilə şagirdlər növbə ilə sinif otaqlarına daxil olublar. Məktəbdə yeni dərs ilinə start verilib.

Sonra təhsil nazirinin müavini Mətin Eynullayev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova məktəblə yaxından tanış olub, sinif otaqları və idman zalında şagirdlərlə söhbət ediblər.


 

yuxarı ⤴