1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bilik Fondunda 700 bal toplayan gənclərlə görüş keçirilib
16.09.2017 / No35

 
 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan gənclərlə görüş keçirilib. Görüşdə fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış gənclərin valideynləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyeralarında uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb.

Müstəqil həyata qədəm qoyan tələbələr tanınmış kulturoloq, professor Fuad Məmmədovun elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdiyi dəyərli tövsiyələri dinləyiblər.

Bilik Fonduna diqqətə görə minnətdarlığını bildirən tələbələr və valideynlər dövlətin gənclərə və onların təhsilinə göstərdiyi qayğıdan danışıblar. Tələbələr müxtəlif ali təhsil müəssisələrində təhsillərini ən yüksək səviyyədə davam etdirəcəklərinə söz veriblər.

Sonda 700 bal toplayaraq tələbə adını qazanan gənclərə Bilik Fondunun hədiyyələri təqdim olunub.
 

yuxarı ⤴