1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
BSU dünya təhsilinin ən mütərəqqi ənənələrini tətbiq edir
16.09.2017 / No35

 

 

 


Universitetə abituriyent axını artıb

Yusif ƏLİYEV

Bu sözləri Bakı Slavyan Uniyersitetinin rektoru, professor Nurlana Əliyeva sentyabrın 15-də bu ali təhsil müəssisəsində Bilik günü münasibətilə keçirilən mərasimdəki təbrik çıxışında deyib. Universitet binasının birinci mərtəbəsindəki foyedə təşkil olunmuş tədbirin iştirakçılarını- qonaq qismində bayram mərasiminə qatılmış Milli Məclisin vitse -spikeri Bahar Muradovanı, millət vəkilləri Sahibə Qafarova, Sevinc Fətəliyeva, Kamilə Əliyeva, Sevinc Hüseynova, Kamran Bayramov, Elşad Həsənov və Şahin İsmayılovu, media nümayəndələrini, eləcə də tələbə, müəllim və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edən rektor Bilik gününün bütün ölkəmizdə bayram kimi geniş qeyd olunduğunu diqqətə çatdırıb, bunun təhsilin, məktəbin hər kəsin həyatında önəmli rolu ilə bağlı olduğunu söyləyib. N.Əliyeva təbrik çıxışında BSU-nun bir sıra cəhətdən digər ali məktəblərdən fərqləndiyini, burada demək olar ki, bütün slavyan dövlətlərinin tədris və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib, ötən tədris ilində universitetdə “İslam həmrəyliyi ili” çərçivəsində reallaşdırılan tədbirlərdən söz açıb. Bu ali məktəbin təşkilatçılığı ilə 5 böyük beynəlxalq elmi konfransın keçirildiyini deyən rektor tələbələrin konfranslarda fəal iştirak etdiklərini vurğulayıb. Rektor bildirib ki, ötən tədris ilində universitetdə semestr və buraxılış imtahanları “Bilik yeganə meyardır” devizi altında tam şəffaf və obyektiv keçirilib, universitetin beynəlxalq əlaqələri genişlənib, tələbə, müəllim mübadilələri aparılıb və bu sahədə işlər yeni dərs ilində daha da genişləndiriləcək. Bu il BSU-ya 900-ə qədər tələbənin qəbul olunduğunu söyləyən rektorun sözlərinə görə, yeni tədris ilində Bakı Slavyan Universitetinə abituriyent axını ötən illərə nisbətən xeyli artıb, 600-dən yuxarı bal toplayan tələbələr BSU-nu seçib.

Son illərin ən yüksək statistik nəticəsinin bu il əldə edildiyini vurğulayan N.Əliyeva bununla kifayətlənməyəcəklərini, daim yeni təşəbbüslərlə çıxış edəcəklərini qeyd edib: “Məqsədimiz universitetin elmi potensialını daha da artırmaq, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq və beynəlxalq əlaqələri inkişaf etdirməklə dünya təhsilinin ən mütərəqqi ənənələrini universitetimizdə tətbiq etməkdir”.

N.Əliyeva ali təhsil müəssisəsinin qısa müddət ərzində ən müasir səviyyədə təmir olunaraq tələbələrin ixtiyarına verildiyini, burada universitetin müəllim-tələbə, habelə işçi kollektivi üçün lazımi şərait yaradıldığını da vurğulayıb. O, bütün bu uğurların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğının nəticəsində əldə edildiyini diqqətə çatdırıb.

Çıxışın ardından rektor və Milli Məclisin vitse-spikeri Bahar Muradova 600-dən yuxarı bal toplayaraq Bakı Slavyan Universitetinə qəbul olmuş tələbələr Nuranə Qasımova və Allahverdi Həsənliyə hədiyyələr təqdim ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova tələbə adı qazanmış gəncləri təbrik edərək Azərbaycan dövlətinin təhsil siyasətinin neft kapitalının insan kapitalına çevirmək istiqamətinə yönəldiyini qeyd edib. O, Azərbaycanın hazırkı beynəlxalq münasibətlər sistemində hər bir tələbə gəncin xüsusi rol oynadığını bildirib. B.Muradova Bakı Slavyan Universitetini təkcə təhsil sahəsində deyil, Azərbaycanın diplomatik əlaqələrinin inkişafında da mühüm rol oynayan ali təhsil müəssisəsi kimi qiymətləndirib.

Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov yeni tələbə adı qazanan gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb. Ş.İsmayılov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq tələbələri ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyib.

Sonra söz pedaqoji fakültənin II kurs tələbəsi Təhminə Yaqubovaya verilib. Tələbə gənc öz təəssüratlarını universitet həyatına yenicə qədəm qoyan həmkarları ilə bölüşüb, BSU-da müəllim və tələbə kontingenti üçün yaradılan sağlam şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə BSU-nun “Arzu” rəqs ansamblı qavalla rəqs nümayiş etdirib. Sonra “Tələbəlik illəri” mahnısı səsləndirilib.

yuxarı ⤴