1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” beynəlxalq elmi konfrans
16.09.2017 / No35

 
 

 

 


Türk dünyasına yeni yanaşmalar və aparılan elmi araşdırmaların nəticələri açıqlanıb

Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Xəzər Universitetinin, Türkiyənin Səlcuq Universitetinin, Sütçü İmam Universitetinin və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “INOCTE 2017” - “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransı öz işinə başlayıb.

AMEA-nın əsas binasında keçirilən beynəlxalq elmi konfransın plenar iclasını AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, AMEA, ADPU və Səlcuq Universiteti arasında bu ilin mayında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq keçirilir. Konfrans Türk dünyasına yeni yanaşmaların və aparılan elmi araşdırmaların nəticələrini cəmiyyətə çatdırmaq, eyni zamanda Türk dünyasının inteqrasiyasının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Türk Tarix Qurumunun rəhbəri, professor Rafiq Turan, Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin, professoru Alaattin Aköz, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov və digərləri çıxış edərək konfransın yüksək səviyyədə təşkilinə görə AMEA-nın və ADPU-nun rəhbərliyinə təşəkkür edib və konfransın işinə uğurlar arzulayıblar.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov beynəlxalq elmi konfransın keçirilməsini həm Azərbaycanın, həm də qardaş Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında mühüm və əlamətdar hadisə kimi qiymətləndirib.

Rektor çıxışı zamanı vurğulayıb ki, 97 illik tarixə malik olan ADPU ölkəmizdə elm və təhsilin inkişafına böyük töhfələr vermiş, yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ADPU yeni inkişaf yoluna qədəm qoymuşdur. Hazırda ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbə-müəllim heyəti arasında sağlam mənəvi mühitin yaradılması, insan resurslarının inkişaf etdirilməsi, idarəetmənin optimallaşdırılması, universitetin tədris-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi istiqamətində islahatlar həyata keçirilir və bu islahatların davamlı olması nəzərdə tutulur. Universitetdə həm tədris, həm elmi-tədqiqat, həm də idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları əsaslı keyfiyyət dəyişikliklərinə zəmin yaratmışdır. Bütün bunlarla yanaşı, ADPU-da beynəlxalq əlaqələrin genişləndirilməsinə və xarici universitetlərlə əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Konfransda iştirakçılar arasında olan tanınmış alimlərə plaketlər təqdim edilib.

Konfrans çərçivəsində ADPU-da sərgi təşkil edilib. Sonra konfrans öz işini ADPU-da bölmə iclaslarında davam etdirib. Konfransın 2 bölmə üzrə keçirilən iclaslarında ümumilikdə azərbaycanlı və türkiyəli alimlərin 100-dən çox elmi məruzəsi dinlənilərək müzakirə olunub.
 

yuxarı ⤴