1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
AzMİU Sorbonna Universiteti Abu-Dabi ilə birgə təlimlərə başlayıb
16.09.2017 / No35

 
 

 

 


Sentyabrın 11-də Bakıda Boulevard oteldə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Fransanın Sorbonna Universiteti Abu-Dabinin birgə təşkilatçılığı ilə “Universitet sistemində interaktiv təhsil” adlı treninqlərə start verilib.

Açılış mərasimində çıxış edən Sorbonna Universiteti Abu-Dabinin təmsilçisi İmran Muxtarov treninqin 4 gün davam edəcəyini bildirib. Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrdən danışıb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlığından bəhs edib. Rektor Azərbaycanın və Fransanın ali təhsil ocaqları arasındakı əlaqələrin böyük tarixi olduğunu bildirib, AzMİU ilə Fransanın Montpellier və digər universitetləri ilə sıx əməkdaşlığı barədə məlumat verib.

Tədbirin sonunda Azərbaycan və Fransa ali təhsil ocaqları arasında ikitərəfli münasibətlərin qurulmasına, bütövlükdə Azərbaycanda təhsilə verdiyi dəstəyə görə AzMİU-nun rektoru Fransanın səfirinə diplom təqdim edib.

AzMİU-nun 80 müəlliminin iştirak etdiyi treninqdə Sorbonna Universitetinin professoru Florent Pratlong mühazirə oxuyub. Fransalı professorla yanaşı, treninqdə respublikanın əməkdar psixoloqu Həlimə Qəmərlinskaya da mühazirə söyləyib.
 

yuxarı ⤴