1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər UNEC-i seçiblər
16.09.2017 / No35

 
 

 

 


II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlərin 60 faizi UNEC-i seçib.

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanaraq UNEC tələbəsi adına layiq görülənlər barədə nəticələr açıqlanıb.

Bu il UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə - 96.6 faizlə yerinə yetirilib. Belə ki, UNEC-ə qəbul planı üzrə 3415 yerin 3298-nə tələbə qəbulu həyata keçirilib. Fakültələr üzrə daha yüksək göstərici maliyyə və mühasibat fakültəsində qeydə alınıb. Bu fakültəyə qəbul planı 99.6 faiz yerinə yetirilib.

Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş var. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-nin, yəni 60 faizinin (I ixtisas qrupu üzrə isə 2 nəfər) seçimi məhz UNEC olub.

Bu tədris ilində də II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi - Cavad Əliyev və Arzu Məmmədzadə UNEC-i seçib. Qeyd edək ki, ötən il də II qrup üzrə iki abituriyent 700 bal toplamışdı. Onlardan təhsilini Azərbaycanda davam etdirən Şahbaba Məmmədov UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunmuşdu.

Beləliklə, 600 və daha yüksək balla UNEC-ə qəbul olan 290 abituriyentdən 2 nəfər 700, 70 nəfər 650-680 bal toplayıb.

UNEC-ə qəbulun nəticələrinə əsasən, orta balda da artım müşahidə edilib. Universitet üzrə 2014 və 2015-ci illərdə göstərici 391 və 396 bal olduğu halda, 2017-ci ildə bu rəqəm 412 bala qədər yüksəlib, Azərbaycan bölməsi üzrə isə 420 bal olub. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə göstərici 96 bal artaraq 2016-cı ildə 635, bu il isə 645 bal olub.

Müsbət məqamlardan biri də odur ki, universitetə qəbul olan tələbələrin 99.9 faizdən çoxunun ilk seçimi məhz UNEC olub.
 

yuxarı ⤴