1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Naxçıvan şəhər birinciliyi
17.09.2016/№36

 

 

 


Sentyabrın 9-da Naxçıvan şəhər İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2004-2006-cı illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, yarışı keçirməkdə məqsəd idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları cüdo idman növünə cəlb etməkdən ibarətdir. Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov birinciliyin keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat verib və iştirakçılara uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 50 idmançı qüvvəsini sınayıb. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Elvin Cəfərli, Səid Seyidov, Sami Səfərov, Ramil Qoçəliyev, İbrahim Məmmədqasımov, İsmayıl Məmmədqasımov, Amil Musayev, Rauf Cabbarlı və Fuad Babayev müvafiq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴