1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Çin Azərbaycan məktəblərinə İKT avadanlıqları təhvil verdi
22.09.2017 / No36

 

 

 


İnformatika fənninin məzmununa yenidən baxılır

Oruc MUSTAFAYEV

Qlobal dünyada İKT bilikləri və kompetensiyalar rəqabətə davamlılığın təmin olunmasında başlıca faktor kimi çıxış edir. Azərbaycanın daim yeniləşən təhsil sistemində də IT texnologiyalarının geniş tətbiqi bu sahəyə diqqətin aktuallığından xəbər verir.
Bu mənada sentyabrın 19-da Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının (ÇXR) İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlığının təhvil verilməsi barədə aktın imzalanmasını da mühüm hadisə kimi qiymətləndirmək olar.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov mərasimin Azərbaycanla Çin Xalq Respublikası arasında əməkdaşlığın inkişafı mərhələsində növbəti uğurun rəsmiləşdirilməsinə həsr olunduğunu bildirib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında uzun tarixə malik münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 8-11 dekabr tarixlərində ÇXR-ə rəsmi səfərindən sonra yüksələn xətlə inkişaf edib. Bugünkü tədbir isə Çinlə əməkdaşlığımızın fəallaşmasının bir nümunəsidir. Məhz Prezidentin Çinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış 2016-2019-cu illərdə təhsil sahəsində anlaşma memorandumuna əsasən son 2 ildə 43 azərbaycanlı gənc Çində, 41 Çin vətəndaşı isə Azərbaycanda qarşılıqlı təqaüdlər hesabına ali təhsil almaq hüququ qazanıb. “Əminəm ki, tələbə mübadiləsi gənclərimizin keyfiyyətli təhsil alması ilə yanaşı, digər ölkənin tarixinin, mədəniyyətinin və inkişaf yolunun öyrənilməsində, xalqlarımız arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq”, - deyə M.Cabbarov bildirib.
Onun sözlərinə görə, ötən ilin dekabrında Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə Çinin İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Azərbaycan hökuməti ilə ÇXR hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan əvəzsiz maliyyə vəsaitlərinin bir qisminin regionda yerləşən ümumtəhsil məktəblərinin İKT avadanlığı ilə təchizatına xərclənməsi nəzərdə tutulub.

“Biz informatika fənninin məzmununa yenidən baxırıq”

Təhsil naziri Mikayıl Cabbarov çıxışında IT və ümumiyyətlə, informasiya texnologiyaları sahəsində biliklərin qarşıdan gələn dövrlərdə əhəmiyyətinə də toxunub. Nazir bildirib ki, biz elə bir dünyada, dövrdə yaşayırıq ki, IT bilik və kompetensiyaları ayrı-ayrı fənn, ixtisas kimi deyil, demək olar ki, hər peşənin və ixtisasın tərkib və ayrılmaz hissəsi kimi meydana çıxır. “Məhz buna görə də Azərbaycan ümumi təhsil sistemində biz hazırda informatika fənninin məzmununa yenidən baxırıq, həm də digər fənlərdə IT biliklərinin, kompetensiyalarının tədrisinin gücləndirilməsinə yönəlmiş xüsusi proqramları tətbiq edirik. Bu gün yerləşdiyimiz məktəb seçilmiş pilot məktəblər arasındadır ki, builki akademik ildən alqoritm və IT sahəsində bu layihəyə aid edilib”.

Onlarla məktəb müasirləşmiş proqramlarla pilot layihəyə cəlb ediləcək

Nazir çıxışında qeyd edib ki, bu tədris ili ərzində onlarla Azərbaycan məktəbi müasirləşmiş, yeniləşmiş proqramlarla belə bir pilot layihəyə cəlb ediləcək. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən region məktəblərinin İKT avadanlıqları ilə təchizatı layihəsi hazırlanıb. “Layihənin məqsədi təhsil sisteminin müasirləşdirilməsi və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi, təhsil müəssisələirində İKT-nin tətbiqinin genişləndirilməsi, region məktəblərinin İKT avadanlıqlarına olan ehtiyacının ödənilməsi və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanını yaratmaqdan ibarətdir”,- deyə nazir bildirib. Layihənin icrası məqsədilə məktəblər üçün ÇXR tərəfindən 20 min ədəd noutbuk, 800 ədəd interaktiv lövhə, 800 ədəd proyektor təqdim olunub. Çin tərəfindən təqdim olunmuş texniki avadanlıqların məhz ümumi təhsil müəssisələrində istifadə olunması nəzərdə tutulub.
Təhsil naziri qeyd edib ki, XXI əsrdə əmək bazarında rəqabətə davamlılığı təmin etmək üçün İKT üzrə biliklərin artırılması zəruridir. Təsadüfi deyil ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2016-cı il üzrə hesabatında işçilərin 40 faizinin rəqəmsal texnologiyalardan istifadə etmək üçün yetərli bilik və bacarıqlara malik olmadığı bildirilir. “Çin tərəfindən təqdim olunan İKT avadanlıqları isə şagirdlərimizə İKT biliklərinin tədris olunmasında müstəsna imkanlar yaradacaq. 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçiriləcəyini nəzərə alsaq, gənclərimiz arasında rəqəmsal bacarıqların gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir əlavə edib.

Layihə təhsilin canlandırılmasında müstəsna rol oynayacaq

Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında Çin tərəfindən İKT avadanlığının verilməsini təkcə münasibətlərin inkişafı üçün deyil, eyni zamanda, aqrar sahədə, təhsil sistemində bacarıqların təkmilləşdirilməsində, ali məktəblərdə elmi-tədqiqat işlərinin gücləndirilməsində, eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsində mühüm rol oynayacağını bildirib. Bu layihə təhsilalanların bilik və kompetensiyalarının inkişafında, təhsilin canlandırılmasında müstəsna rol oynayacaq.
Hər iki ölkədə təhsilə böyük diqqət və qayğının müşahidə olunduğunu deyən Çinin ölkəmizdəki səfiri Vey Cinxuanın sözlərinə görə, Azərbaycan və Çin təhsil sahəsini prioritet sahə hesab edir. Təhsil sahəsinə qoyulan investisiyaların heç vaxt itmədiyini vurğulayan diplomat “Azərbaycan təhsilin inkişafı istiqamətində layihələr həyata keçirir və bu sahəyə investisiyalar qoyur. Düşünürəm ki, bu, düzgün siyasətdir. Çinin Azərbaycandakı səfirliyi adından deyə bilərəm ki, bu sahənin inkişafı üçün daim səylər göstərməyə hazırıq”,-deyib. O, iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafı məqsədilə Çin hökuməti tərəfindən Azərbaycana 11 milyon ABŞ dolları dəyərində İKT avadanlıqları təqdim olunduğunu, sentyabrın 15-də Bilik günündə Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinin açılışında iştirak etdiyini bildirib.
Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev bildirib ki, bu gün ölkəmizdə təhsil sahəsində kifayət qədər bilik və bacarığa malik gənclər hazırlanır. Yaxın zamanlarda peşə təhsili üzrə müasir avadanlığın ölkəyə gətirilməsi və təhsil müəssisələrinə verilməsi həyata keçiriləcək.
Sonda İKT avadanlığının təhvil verilməsi barədə akt imzalanıb. Sənədi təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və ÇXR-in Azərbaycandakı səfiri Vey Cinxua imzalayıblar.

yuxarı ⤴