1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Rəsmi xronika
22.09.2017 / No36

 

 

 


* Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev sentyabrın 20-də Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya bu ölkədə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Ölkə başçısı İlham Əliyev sentyabrın 19-da Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keytaya bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Sentyabrın 19-da dövlət başçısı İlham Əliyev Aleksandr Pavloviç Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

* Ölkə başçısı İlham Əliyev sentyabrın 19-da Azərbaycan Respublikasının neft sənayesi işçilərinin bir qrupuna fəxri adların, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi, bir qrupunun isə ordenlər və medalla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* Sentyabrın 18-də Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Dövlət başçısı İlham Əliyev sentyabrın 18-də Azərbaycanın yəhudi icmasını yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə təbrik edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 17-20 sentyabr tarixlərində BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində səfərdə olublar. Sentyabrın 18-də Prezident İlham Əliyev Nyu Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirdə iştirak edib. Həmin gün ölkə başçısı İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer və bir sıra xristian yevangelik dini liderləri, eləcə də Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşləri olub. Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışında və rəsmi dövlət naharında, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar təşkil olunan qəbulda iştirak edib. Sentyabrın 20-də dövlət başçısı İlham Əliyev Nyu Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak və çıxış edib, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

 

yuxarı ⤴