1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Təhsil nazirinin müavini Vyetnamda səfərdədir
22.09.2017 / No36

 

 

 


Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 21-23 sentyabr tarixlərində 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak etmək məqsədilə Vyetnam Sosialist Respublikasına səfər edib.

Səfərin ilk günü nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının təhsil və təlim nazirinin müavini Fam Man Hunq ilə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli və tarixi əlaqələrə toxunan Firudin Qurbanov 2014-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Vyetnama, 2015-ci ilin may ayında isə Vyetnam Sosialist Respublikası Prezidentinin Azərbaycana rəsmi səfərlərinin digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlıq imkanları üçün əlverişli zəmin yaratdığını bildirib. Firudin Qurbanov görüşdə həmçinin ölkəmizdə təhsil sahəsində aparılan islahatlar haqqında geniş məlumat verib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün konkret təklifləri qarşı tərəfə çatdırıb.

Fam Hunq vyetnamlı mütəxəssislərin hazırlanmasında Azərbaycan ali təhsil müəssisələrinin müstəsna rol oynadığını, 4000-dən çox vyetnamlının ölkəmizdə təhsil aldığını, həmin məzunların hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarında çalışdığını qeyd edib. Vyetnam tərəfi Azərbaycana sözügedən dəstəyinə görə minnətdarlığını bildirib və bu kadrların Vyetnamın inkişafında böyük rol oynadığını nəzərə çatdırıb. Fam Hunq ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.
 

yuxarı ⤴