1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“eazi START” gəncləri Startap təlimlərinə dəvət edir
22.09.2017 / No36

 
 

 

 


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində startap və innovasiya mərkəzi olan “eazi START” startap təlimləri üçün tələbə qəbulu elan edib.

Təlimlərin əsas məqsədi yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya məqsədli biznes strukturlarına çevirməkdir.

2015-ci ilin sonlarında yaradılmış “eazi START” 2016-cı ilin yanvarında ilk təlimlərə başlayıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi, tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak ediblər.

“eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

Öz ideyalarını reallaşdırmaq, ideyaları olmadığı halda yeni yaranan təşəbbüslərin, layihələrin və komandaların üzvünə çevrilmək istəyən tələbələr təlimlərə qoşula bilərlər.

Növbəti təlim oktyabrın 24-də başlayacaq.

Əlavə məlumat üçün “eazi START” ofisinə (5-ci mərtəbə) və ya r.huseynov@asoiu.edu.az ünvanına müraciət etmək olar.
 

yuxarı ⤴