1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017






ADU-da alman dilinin tədrisində yeni metodların inkişafı müzakirə olunub
22.09.2017 / No36

 
 

 

 


Sentyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) “Təhsildə alman dili xarici dil kimi” (“DaF-Unterricht im Stadium”) mövzusunda beynəlxalq elmi-metodiki seminar keçirilib. Almaniya, Qazaxıstan və digər ölkələrdən olan professor-müəllim heyətinin iştirak etdiyi tədbirin əsas məqsədi ali məktəblərdə alman dilinin tədrisində yeni metodların inkişafı və müəllim hazırlığının keyfiyyətinin artırılmasıdır.

ADU-nun alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, eyni zamanda “Təhsildə alman dili xarici dil kimi” layihəsinin Azərbaycan üzrə rəhbəri Ulduz Aslanova seminarda mövzu ilə bağlı dəyərli fikir mübadiləsi aparılacağına əminliyini bildirib.

ADU-da olmaqdan məmnunluğunu ifadə edən Almaniyanın Haydelberq Universitetinin rektoru, professor Hans-Werner Huneke deyib: “ADU və Haydelberq Universiteti arasında olan əməkdaşlıq bir neçə ildir ki, uğurla davam etdirilir. Bu illər ərzində universitetlərarası müəllim mübadiləsinin aparılması nəticəsində alman dilinin tədrisində müxtəlif metodların tətbiqi nəzərdən keçirilib. Seminarda müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri məruzələrlə çıxış edəcək və alman dilinin tədrisinə dair fikir mübadiləsi aparılacaq”.

“Azərbaycanda xarici dil təhsili” mövzusunda məruzə ilə çıxış edən dosent Ulduz Aslanova ali təhsil müəssisələrində alman dilinin tədrisinin aktual problemləri, dil biliklərinə yiyələnmək üçün ümumi dil səviyyəsinin təkmilləşdirilməsi haqqında ətraflı məlumat verib.

Sentyabrın 22-dək davam edən seminarda “Çoxdillilik qlobal cəmiyyətdə multikultural şəxsiyyətin formalaşma amili kimi”, “Azərbaycanda xarici dil təhsili”, “Xarici dil dərslərində ixtisas və dil öyrənmə”, “İxtisas mətnlərinin təhlili: alman dili dərslərində oxu strategiyalarının nəzəriyyəsi”, “Alman dili dərslərində interaktiv pedaqoji resurslar kimi regional mədəni elmlər”, “Çalışmalar və sosial formalar barəsində seminar” və digər mövzularda məruzələr dinlənilib.




 

yuxarı ⤴