1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ADMİU İsrail Universiteti ilə əməkdaşlıq edəcək
22.09.2017 / No36

 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva İsrailin Ben Qurion Universitetinin əməkdaşı, həmyerlimiz Aleks Geftler ilə görüşüb. Görüş maraqlı bir (“Dream doctors”) layihənin təklifi ilə bağlı olub. Belə ki, İsrail və ABŞ-da xərçəng xəstəliyi və digər ağır patologiyası olan uşaqları xəstəxanada həftənin müəyyən günlərində klounlar əyləndirir. Bunun üçün klounlara xüsusi kurslarda təlimlər keçirlər. Qonaq belə bir layihəni ADMİU ilə birgə Azərbaycanda da reallaşdırmağı təklif edib və layihənin videoçarxını nümayiş etdirib.

Universitetin rektoru Fərəh Əliyeva bu maraqlı, humanist layihəni yüksək dəyərləndirib, onun reallaşması üçün əlindən gələn köməkliyi edəcəyini, tələbələrin də həmin layihəyə könüllü qoşulacaqlarını vurğulayıb.
 

yuxarı ⤴