|
Bakı Slavyan Universitetinin (BSU) elmi
işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Təcrübə və məzunların
karyera inkişafı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
Yaşar Alxasov Çerniqov Milli Texnologiya Universitetinin (ÇMTU)
rəhbərliyinin dəvəti ilə bu şəhərdə işgüzar səfərdə olub. BSU
nümayəndələrini ÇMTU-nun rektoru və elmi işlər üzrə prorektor qarşılayıb,
proqram barədə qonaqlar ətraflı məlumatlandırılıblar. Azərbaycan
nümayəndələri səfərin ikinci günü “Art dvor” sosial layihəsinin təqdimatında
iştirak edib və yerli mətbuata müsahibələr veriblər. |