1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Elm xəbərləri
22.09.2017 / No36

 
 

 

 


Dünyada ən böyük Data Mərkəz tikiləcək

Yusif ƏLİYEV

Məlumdur ki, müasir Data Mərkəzlər yüksək enerji sərf edir, çox sayda informasiyanı özündə saxlayır, mürəkkəb hesablamalar aparır və sistemlərin işini stabil olaraq dəstəkləmək üçün güclü soyutma sistemi tələb edirlər. Bu səbəbdən soyuq yerlərdə hesablayıcı maşınlar qurmaq qərarı tamamilə məqsədəuyğundur. “Kolos” şirkəti Norveçin şimalında, Ballangen şəhərinin yaxınlığında dünyada ən böyük məlumatların saxlanması və işlənməsi mərkəzi tikməyi planlaşdırır.

www.hi-news.ru saytının məlumatına görə, bu bölgənin soyuq iqlimi effektiv soyutma sistemi yaratmağa, bir çox yenilənən enerji mənbələrinin olması isə enerji təchizatı problemini həll etməyə imkan verəcək. Şirkətin nümayəndələri bildiriblər ki, informasiya Data Mərkəzinin fəaliyyəti üçün lazım olan bütün enerji küləyin köməyi və yaxınlıqdakı çayların üzərində tikilmiş su-elektrik stansiyaları ilə əldə olunacaq. Mütəxəssislərin hesablamalarına görə, tikintiyə bir aya təxminən 1000 meqavatt enerji lazım olacaq. Lakin Qütb regionunun soyuq iqlimi bu göstəricini 60 faiz azaltmağa imkan verəcək.

“Kolos”un dizaynerləri Norveçin “HDR” şirkətinin memarları ilə birgə gələcək tikilinin ilkin layihəsini hazırlayıblar. Yaxın zamanda binanın planının təsdiq olunacağı gözlənilir. İlkin hesablamalara əsasən tikinti 3000 işçinin iştirakı ilə bir neçə il ərzində həyata keçiriləcək.


Robotlar insanın mimikasını canlandırmağı “öyrənib”

“Facebook AI lab” laboratoriyasının tədqiqatçıları özündə xüsusi alqoritmin idarə etdiyi animasiyanı ehtiva edən bot hazırlayıblar. O, yüzlərlə “Skype” videozəng qeydləri əsasında öyrədilib: belə ki, bot insanların bir-birlərinə mimikalarla verdiyi reaksiyanı anlamağı və onu canlandırmağı öyrənib.

www.popmech.ru saytının məlumatına görə, alqoritm təlimi optimallaşdırmaq üçün insanın sifətini hər videozəng ərzində izlədiyi 68 əsas nöqtəyə bölüb. İnsanlar, adətən bir-biri ilə əlaqədə olduğunu göstərmək üçün başlarını yelləyir, göz qırpır və s. hərəkətlər ediblər. Nəticədə sistem də bunu etməyi öyrənib.

Sonra bot danışan insanın olduğu videoya baxaraq real vaxtda hansı mimik reaksiyanın ən uyğun olacağını seçməyə qadir olduğunu göstərib. Məsələn, əgər insan gülürdüsə, bot da ağzını açmağa və ya başını arxaya çəkməyə qərar verib.
Bundan sonra, “Facebook”un tədqiqatçıları sistemi insan qruplarında sınaqdan keçiriblər. Sınaqdan keçirilənlər bot və insan, eləcə də insan və insan arasında qarşılıqlı təsirin olduğu animasiyanı izləyiblər. Nəticələrə əsasən, botlar və insanlar eyni dərəcədə təbii və həqiqidirlər.

Ancaq alimlər qeyd edirlər ki, mimik ifadələr - hələ hər şey deyil. Dolğun kommunikasiyanın saxlanılması üçün onlar haqqında biliklər azdır: insanların üz cizgilərinin arxasında düşüncə və hisslər dayanır.
Qeyd edək ki, “Facebook” yeni tədqiqatını bu ay Vankuverdə (Kanada) keçiriləcək “International Conference on Intelligent Robots and Systems” konfransında təqdim edəcək.


Bionik linzalar ideal görməni təmin edəcək

Kanadanın “Ocumetics Technology Corporation” şirkəti eynəyi və kontakt linzaları əvəz edə biləcək “Bionic Lens” qurğusunun kliniki sınaqlarını keçirir. Bionik linzanı artıq sifariş etmək mümkündür.

www.hi-news.ru saytının məlumatına görə, “Bionic Lens” bir növ göz büllurunu əvəz edən implantdır. Bu implantın “quraşdırılması” praktik olaraq, süni göz büllurunun quraşdırılması əməliyyatından fərqlənmir. İmplantasiyadan sonra linza görmənin torlu qişanın zədələnməsi ilə bağlı olmayan istənilən kənaraçıxmalara düzəliş edir. Beləliklə, “Bionic Lens” gözün içinə quraşdırılan “dinamik” linza ilə oxşarlıq təşkil edir. Bu, “Bionic Lens”in müxtəlif məsafələrə fokuslanmağa imkan verən siliar əzələ ilə birləşməsi nəticəsində mümkün olur. İstehsalçılar bildirirlər ki, fokuslamanın diapazonu adi göz büllurundan daha genişdir. Bionik linzanın işinə isə 100 dəfə az enerji sərf edilir ki, bu da linzanı idarə edən əzələnin yorulmamasına səbəb olur.

“Bionic Lens”dən istifadə edərək görməni 30 metrə qədər məsafədə olan kiçik predmetlərə (məsələn, avtomobilin nömrəsi) fokuslamaq olar. İstehsalçıların sözlərinə görə, insanlar barmaqlarına baxdıqda barmaq izlərini formalaşdıran ən xırda naxışları belə ayırd edə biləcək. Gələcəkdə implantı modifikasiya etmək (məsələn, təsviri xarici qurğunun ekranına çıxarmaq) mümkün olacaq.
Qurğunun qiyməti bir ədəd üçün 3200 dollar təşkil edir.

İKT.az saytının materialları əsasında
 

yuxarı ⤴