1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
İdman məktəblərinin yetirmələri medalların sayını artırırlar
22.09.2017 / No36

 
 

 

 


Rəşad ZİYADOV

Bu günlərdə Rumıniyanın Mamaia şəhərində 8, 10, 12, 14, 16 və 18 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə Avropa birinciliyi keçirilib.

Yarışlarda 49 Avropa ölkəsindən 1142 nəfər şahmatçı iştirak edib. Ölkəmizi isə qızlar və oğlanlardan ibarət 28 zəka sahibi təmsil edib. Bu mötəbər yarışda 12 yaşadək oğlanlar arasında Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbindən Aydın Süleymanlı I, 14 yaşadək qızlar arasında Həmkarlar İttifaqı Respublika Şahmat Dama Klubundan Gövhər Beydullayeva I, 10 yaşadək qızlar arasında Füzuli Rayon Uşaq-Gənclər İdman Məktəbindən Səmra Qasımova II, 10 yaşadək oğlanlar arasında Read Səmədov (HİRŞDK) II, 12 yaşadək qızlar arasında 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbindən Ayan Allahverdiyeva III yeri tutublar.

Azərbaycan şahmatçıları 5 medal (2 qızıl, 2 gümüş və 1 bürünc) qazanmaqla yekun nəticələrə əsasən komanda hesabında Rusiyadan sonra 2-ci olub. Qeyd edək ki, yarışda yalnız 16 ölkənin şahmatçıları medal sahibi olublar.
 

yuxarı ⤴