1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü
22.09.2017 / No36

 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Təhsil müəssisələrində Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

Silsilə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir.

Tədbirlərdə ölkəmizdə ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, “Sülh aylığı”nın mahiyyəti və Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat verilib.
“Azərbaycan sülh tərəfdarıdır”, “Uşaqlar sülh istəyir”, “Yurdda sülh, cahanda sülh”, “Sülh içində yaşayaq”, “Göyərçinim - sülh quşum”, “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”, “Sülhə gəlin ey insanlar” kimi mövzularda keçirilən tədbirlərdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevər xalqlardan olan Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.
 

yuxarı ⤴