1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Paralimpiyaçılarımız 1 qızıl, 8 gümüş, 2 bürünc medal qazanıblar
24.09.2016/№37

 

 


Qızıl medalçımız

Cüdoçumuz Ramil Qasımov (73 kq) “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, ilk mərhələdən azad olan cüdoçumuz dörddəbir finalda Kuba təmsilçisi Gerardo Rodriqezi məğlub edərək yarımfinala yüksəlib. Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələn cüdoçumuz finala yüksəlib və qızıl medal uğrunda görüşdə Ramil Qasımovun rəqibi Dmitri Solovey (Ukrayna) olub. Rəqibini məğlub edən Ramil Qasımov XV Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olub. Qeyd edək ki, Rio Paralimpiadasının ilk günündə 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Bayram Mustafayev gümüş medal qazanıb.
AZƏRTAC-ın arayışı: 2007-ci ildə keçirilən Universiadanın qalibi olan Ramil Qasımov 2014-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatının qızıl medalını qazanıb. Cüdoçumuz 2013-cü il və 2015-ci il Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 


Gümüş medalçılarımız

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Yelena Çebanu bürünc medal qazanıb. Bununla da Azərbaycan millisi Rio Paralimpiadasında aktivinə 6-cı medalı yazdırıb.
AZƏRTAC xəbər verir ki, atletimiz 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində rəqibləri - almaniyalı Katrin Muller-Rotqard, Kuba təmsilçisi Omara Durand və ukraynalı Oksana Boturçukaya qarşı yarışıb. Məsafəni 23,80 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.
Həlledici yarışda Kuba atleti 23,05 saniyə nəticə göstərərək qızıl medal qazanıb. Ukrayna təmsilçisi isə 23,65 saniyə nəticə ilə yarışı ikinci pillədə başa vurub.
Xatırladaq ki, Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medala layiq görülmüşdü.
AZƏRTAC-ın arayışı: Yelena Çebanu Rio Paralimpiya Oyunlarına ilk lisenziyanı ötən ilin martında Qətərdə təşkil edilən VIII Fəzza Qran-pri turnirində 400 məsafəyə qaçış yarışlarında fəxri kürsünün ən yüksək pilləsində yer almaqla qazanıb. İdmançımız Rio Paralimpiadasına ikinci lisenziyanı 2015-ci ilin sentyabrında Qətərdə keçirilən dünya çempionatında 100 metr məsafəyə qaçış yarışlarında 2-ci yeri tutmaqla təmin edib. Y.Çebanu həmin dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında isə üçüncü olaraq bürünc medalla kifayətlənmişdi.
Y.Çebanu gücünü atletikanın tullanma növündə sınayaraq yenə gümüş medala sahib olub. O, 5,56 metr nəticə göstərərək özünün şəxsi rekordunu yeniləyib.

 

“Rio-2016” XV Yay Paralimpiya Oyunlarının altıncı günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, üzgüçümüz Dmitri Saley üçüncü dəfə qüvvəsini sınayaraq ölkəmizin hesabına daha bir gümüş medal qazandırıb. Finalda mübarizə aparan üzgüçümüz məsafəni 1:08,80 saniyəyə qət edərək ikinci olub.
Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on bir üzgüçü iki qrupda mübarizə aparıb. İkinci qrupda çıxış edən D.Saley məsafəni 1:08.68 saniyəyə üzərək birinci olub. Bununla da final mərhələsinə vəsiqə qazanan Dmitri yarımfinalda ikinci ən yaxşı nəticəyə imza atıb.
Atletimiz bundan əvvəl Rio paralimpiadasında 200 metrə kompleks üzmədə dördüncü, 100 metrə batterflay növündə isə beşinci pillədə qərarlaşıb. Beləliklə, Paralimpiya millimizin “Rio-2016”da qazandığı medalların sayı yeddiyə çatıb.

Rio-de-Janeyroda təşkil olunan Paralimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Bayram Mustafayev Azərbaycana ilk medalı qazandırıb. AZƏRTAC xəbər verir ki, birinci mərhələdən azad olan cüdoçumuz ilk qələbəsini braziliyalı Halison Oliviera Boto üzərində qazanıb. Sonra yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələn cüdoçumuz finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olaraq “Rio-2016”nın gümüş medalı ilə kifayətlənib.
AZƏRTAC-ın arayışı: Bayram Mustafayev 2014-cü ildə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2011, 2013-cü il və 2015-ci il Avropa çempionatlarının qalibi olub.

Azərbaycan idmançısı İradə Əliyeva “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançımız nizə atma idman növündə 42.58 metr nəticə göstərərək ikinci yerə çıxıb. Bu, Azərbaycanın paralimpiya yığmasının sayca 11-ci medalıdır.

Azərbaycan üzgüçüsü Roman Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarının final mərhələsində atletimiz məsafəni 1:00,91 dəqiqəyə qət edərək Rio Paralimpiadasının gümüş medalına sahib olub. Yarışın qalibi ukraynalı Sergey Klippert, bürünc medalçısı isə ABŞ təmsilçisi Tuker Dupri olub.

 XV Yay Paralimpiya Oyunlarının atletika yarışlarında Azərbaycanı təmsil edən Kamil Əliyev ölkəmizə beşinci medalı qazandırıb.
AZƏRTAC xəbər verir ki, uzunluğa tullanma yarışında mübarizəyə qoşulan atletimiz 7,05 metr nəticə göstərərək gümüş medala layiq görülüb.

Bürünc medalçımız

Azərbaycan cüdoçusu Rövşən Səfərov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub. AZƏRTAC xəbər verir ki, yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşündə belaruslu Aleksandr Kozlovdan üstün olub. Növbəti görüşündə Ukrayna idmançısı Aleksandr Kosinova məğlub olan Rövşən Səfərov təsəlliverici görüşə qatılıb. Argentinalı Xose Effrona qalib gələn cüdoçumuz bürünc medal uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Conatan Drane ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz Rio Paralimpiadasını üçüncü pillədə başa vurub.
AZƏRTAC-ın arayışı: Rövşən Səfərov 2010-cu il və 2014-cü il dünya çempionatlarının bürünc mükafatçısı, 2009-cu il Avropa çempionatının qalibi, 2015-ci il qitə birinciliyinin gümüş medalçısıdır.
yuxarı ⤴