1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Gənc boksçularımız beynəlxalq turniri 1 qızıl və 3 bürünc medalla başa vurublar
24.09.2016/№37

 

 


Ukraynanın Berdiçev şəhərində Kliçko qardaşlarının mükafatı uğrunda gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışa 12 idmançı ilə qatılan Azərbaycan yığması Vətənə dörd medalla qayıdıb.
Millimizin heyətində ən yaxşı nəticəni Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) göstərib. Təmsilçimiz həlledici görüşdə yerli boksçu Vyaçeslav Qavrilyuka qalib gələrək turnirdə çempion adına layiq görülüb.
Ruslan Rüstəmov (52 kq), Malik Həsənov (56 kq) və Sərxan Əliyev (60 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, beynəlxalq turnirdə ümumilikdə 17 ölkədən 127 boksçu mübarizə aparıb. Ukrayna dörd komanda ilə təmsil olunub.
 

yuxarı ⤴