1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
29.09.2017 / No37

 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.

* Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.

* Prezident İlham Əliyev sentyabrın 26-da NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başçılıq etdiyi Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu ünvanlayıb.

* Prezident İlham Əliyev sentyabrın 25-də Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba bu ölkənin Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə təbrik məktubu ünvanlayıb.

* Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala və Salyan rayonlarında səfərdə olub. Ölkə başçısı səfəri çərçivəsində hər iki rayonda sosial və iqtisadi yönümlü obyektlərin açılışlarında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Prezident səfər zamanı Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.

* Sentyabrın 22-də Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın Macarıstanın yığma komandası ilə oyununa baxıb. Ölkə başçısı sentyabrın 24-də Azərbaycan milli komandasının Polşa, sentyabrın 25-də isə Almaniya yığma komandaları ilə oyunlarını izləyib.

* Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Dövlət başçısı Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub.


 

yuxarı ⤴