1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Təhsil naziri Dünya Bankının missiya üzvləri ilə görüşüb
29.09.2017 / No37

 

 

 


Sentyabrın 22-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Dünya Bankının Təhsil və Əmək bazarının diaqnostikası üzrə missiya üzvlərini qəbul edib.

Görüşdə ali təhsil və biznes inkubatorları üzrə məsləhət proqramı, erkən uşaq inkişafı siyasətinin SABER (Daha Yaxşı Təhsil Nəticələri üçün Sistem Yanaşma) təhlili və əmək bazarının diaqnostikası mövzuları müzakirə edilib.

Sonra tərəflər arasında qeyd olunan mövzular üzrə Azərbaycandakı gələcək fəaliyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq təhsil sahəsində aparılan islahatlar barədə missiya üzvlərinə məlumat verib.

Görüşdə eyni zamanda təhsilin inkişafı üzrə dünya təcrübəsi, Azərbaycanda təhsil sahəsində islahatlarla bağlı gələcək addımlar müzakirə olunub.

yuxarı ⤴