1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
ADNSU tələbələrinin 2 startap layihəsi müsabiqə qalibi olub
29.09.2017 / No37

 
 

 

 


Layihələr 11000 və 12000 manat məbləğində qrant mükafatı qazanıb

ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin 2 layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibi olub.

Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi qrant müsabiqəsində ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin General Reporting Platform (GRP) - orta və ali məktəblərdə dərs və imtahanların gedişi ilə bağlı bildiriş sistemi, CamTouch - proyeksiya olunan istənilən səthi ağıllı lövhəyə çevirən qurğu layihələri müvafiq olaraq 11000 və 12000 manat məbləğində qrant mükafatına layiq görülüb.

Qeyd edək ki, ötən ildə ADNSU-nun 3 layihəsi - Magic Words, Smart Keyboard, Comfortab layihələri fond tərəfindən müvafiq olaraq 15000, 12000 və 10000 manat həcmində qrant udub.

Sayca V olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub. Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim edilib. Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 min manat qrant vəsaiti ayrılıb.

 

yuxarı ⤴