1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UNEC məzunlarından nümunəvi addım - “ISE Məzun Təqaüdü”
29.09.2017 / No37

 

 

 


UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “ISE Məzun Təqaüdü” Proqramına start verilib. Proqramın məqsədi gənclərin stimullaşdırılması, sosial məsuliyyəti ön plana çəkmək və mesenatlıq ənənəsinin yayılmasına nail olmaqdır.

Yeni tədris ilindən tətbiq edilən proqram çərçivəsində UNEC məzunları Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə öz şəxsi vəsaitləri hesabına bir tədris ili müddətinə təqaüd müəyyən edəcəklər. “ISE Məzun Təqaüdü” təhsildə ən yüksək nəticə göstərən tələbələr arasından müsahibə yolu ilə seçilənlərə veriləcək. Müsahibəni məzunlar aparacaqlar. Əlaçı təqaüdü məbləğində olan “ISE Məzun Təqaüdü” tələbə kartlarına hər ayın əvvəlində köçürüləcək.

Adlarının açıqlanmasını istəməyən iki uğurlu məzun UNEC tələbələri ilə görüşərək, onlardan dördünə “ISE Məzun Təqaüdü” ayırıblar. Görüşdə həmçinin məzunlardan biri tələbələrə mentorluq etməyi də öz üzərinə götürüb. Belə ki, mentor məzun tələbə startapına dəstək göstərəcək.

Bundan əlavə, Beynəlxalq İqtisadiyyat Məktəbinin adının açıqlanmasını istəməyən müəllimi bir tələbənin təhsil haqqının ödənilməsini öz üzərinə götürüb.

yuxarı ⤴