1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Gəncə Dövlət Universitetində Ombudsman ofisi açılacaq
29.09.2017 / No37

 
 

 

 


Gəncə Dövlət Universitetini (GDU) təmsil edən nümayəndə heyəti Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının “Erasmus Plus” proqramı üzrə AESOP layihəsinin hesabat xarakterli görüşündə iştirak edib.

Xəzər Universitetində keçirilən tədbirdə ali təhsil müəssisəsini GDU-nun elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və informasiya-kommunikasiya şöbəsinin müdiri Asif Həsənov təmsil ediblər.

Böyük Britaniya, Finlandiya və polşalı ekspertlərin, həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyadan olan nümayəndələrin iştirak etdiyi təlimin keçirilməsində məqsəd universitetlərdə Ombudsman ofisinin funksiya və strukturlarının nəzəri və praktik cəhətdən öyrənilməsi olub.

Tədbiri açan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı iştirakçıları salamlayaraq təlimin mahiyyəti haqqında geniş məlumat verib.

Daha sonra layihə ətrafında məruzələr dinlənilib.

Qeyd edək ki, layihənin nəticəsi olaraq proqrama qoşulan ali təhsil müəssisələrində, eləcə də GDU-da tələbələrin hüquqlarını müdafiə edəcək Ombudsman ofisinin açılması gözlənilir.

yuxarı ⤴