1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





120 layihə maliyyələşdiriləcək
29.09.2017 / No37

 

 

 


Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin nəticələri açıqlandı

Niyazi RƏHİMOV

Sentyabrın 28-də Təhsil Nazirliyində Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı mətbuat konfransı keçirilib. Müsabiqə haqqında geniş məlumat verən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri E.Əmrullayev qeyd edib ki, qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil məktəbləri və pedaqoji işçilər arasında sağlam rəqabət yaratmaq, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. E.Əmrullayev onu da diqqətə çatdırıb ki, müsabiqə iki kateqoriya-ümumi təhsil müəssisələri və fərdi kateqoriyaları üzrə keçirilib. Təşkilat Komitəsinə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyinə görə, 37 layihə ümumi təhsil müəssisələri kateqoriyası üzrə , 83 layihə isə fərdi kateqoriya üzrə məqsədəuyğun sayılıb. Ümumilikdə 120 qəbul olunmuş layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Qiymətləndirilən layihələrin əsasən pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində olduğunu deyən şöbə müdiri qeyd edib ki, layihələr müxtəlif meyarlara əsasən bal sistemi ilə qiymətləndirilib. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 10 mövzu üzrə keçirilib.

Nazirliyin sektor müdiri Cəsarət Valehov isə müsabiqənin əhəmiyyətindən danışıb. O bildirib ki, bundan əvvəl keçirilən “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumi təhsil məktəbi” müsabiqələri daha çox əvvəlki fəaliyyətlər və uğurlarla ölçülürdü. Qrant müsabiqəsi isə gələcəkdə müəllimlərimizin və məktəblərin görmək istədikləri işlərlə bağlıdır.

Konfransda bildirilib ki, müsabiqə üzrə layihə təklifləri avqustun 15-dən sentyabrın 10-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan müraciətçilər 5 oktyabr saat 18:00-dək apelyasiya müraciəti edə bilərlər. Bunun üçün müraciətçilər grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərməlidir.

Apelyasiya müraciətlərinə baxılma tarixi ilə bağlı əlavə məlumat veriləcək.

yuxarı ⤴