1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Molla Pənah Vaqifin özü və tarixin sözü
29.09.2017 / No37

 
 

 

 


ADPU-da respublika elmi-praktik konfransı

Sentyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” respublika elmi-praktik konfransı keçirilib. Konfransda millət vəkili, yazıçı-publisist Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri və gənc tədqiqatçılar iştirak ediblər. Konfrans iştirakçıları öncə Molla Pənah Vaqifin əsərlərindən, eləcə də şairin həyat və yaradıcılığına həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.

Konfransı ADPU-nun rektoru, professor Cəfər Cəfərov açaraq onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamı və həmin sərəncamın icrası ilə əlaqədar təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən keçirilir.

Rektor bildirib ki, Molla Pənah Vaqifin adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsinin bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdən olduğunu deyən rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Millət vəkili, yazıçı-publisist Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətləri olduğunu vurğulayaraq konfransın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

Konfransda Molla Pənah Vaqiflə bağlı videoçarx nümayiş etdirilib.

Plenar iclasda filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilovun “Molla Pənah Vaqifin özü və tarixin sözü”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Təyyar Salamoğlunun “ XX əsrin 20-30-cu illərinin ədəbi-nəzəri fikrində Vaqif (Salman Mümtazın tədqiqatları əsasında)” mövzularında məruzələri dinlənilib.

Sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmələrdə ümumilikdə 44 məruzə dinlənilərək müzakirə edilib. Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilib və müvafiq qərarlar qəbul edilib.
 

yuxarı ⤴