1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təhsil Nazirliyi regional mərkəzlərdə qəbul keçirdi
29.09.2017 / No37

 
 

 

 


Ruhiyyə DAŞSALAHLI

Təhsil Nazirliyinin əməkdaşları ayrı-ayrı rayonlarda vətəndaşları qəbul edib. Sentyabrın 19-dan başlayan proses dünən yekunlaşıb. 9 gün ərzində 15 regional mərkəzdə keçirilən qəbul zamanı 700-ə yaxın vətəndaşın müraciəti dinlənilib. Qəbulda Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, yerli təhsili idarəetmə orqanlarının və Ərazi Hesablaşma Maliyyə mərkəzlərinin nümayəndələri də iştirak edib.

Təhsil Nazirliyinin kadrlar sektorunun müdiri Rasim Məmmədov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, müraciətlər əsasən dərs bölgüsü, yeni yaranan vakansiyalar, müddətli müqavilələr, işlə təmin olunma, yerdəyişmə kimi məsələlərlə bağlı olub: “Bütün müraciətlər dinlənilib. Müraciətçilər onları maraqlandıran məsələlərlə bağlı qanunvericilik çərçivəsində məlumatlandırılıblar. Həll olunması mümkün olan məsələlər dərhal həll edilib. Məsələn, dərs bölgüsü, müddətli müqavilələrlə bağlı müraciətlərə yerindəcə baxılıb və qərar verilib”.
 

yuxarı ⤴