1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADMİU əməkdaşlıq müqaviləsi imzalayıb
29.09.2017 / No37

 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olan Çelyabinsk Dövlət İncəsənət İnstitutunun professor-müəllim və tələbələrdən ibarət nümayəndə heyəti rektor, əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşüb. Görüşdə hər iki tərəf qarşılıqlı şəkildə təmsil etdikləri təhsil ocağı haqqında ətraflı məlumat verərək, fikir mübadiləsi aparıb.

Daha sonra ADMİU ilə Çelyabinsk Dövlət İncəsənət İnstitutu arasında təhsil ocaqlarının əsas fəaliyyət istiqamətləri üzrə beynəlxalq əməkdaşlığın inkişafı və genişlənməsi, mədəniyyət və incəsənət sahəsində mütəxəssislərin hazırlıq keyfiyyətinin yüksəlməsi məqsədi ilə təhsil və elm sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
 

yuxarı ⤴