1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Birgə elmi-tədqiqat işlərinin aparılması müzakirə olunub
29.09.2017 / No37

 
 

 

 


Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru və bir qrup əməkdaşı ADAU ilə əməkdaşlıq əlaqələrinin qurulmasına zərurət duyaraq, sentyabrın 25-də bu ali təhsil müəssisəsinə səfər ediblər. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara universitein tarixi, müasir vəziyyəti, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, əməkdaşlıq əlaqələrinin prioritet istiqamətləri barədə məlumat verib.

Səmimi qəbula görə dərin təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru, professor Natalya İvanovna Pıjikova hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyi, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərini müzakirə edib, son illərdə ADAU-nun maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması, laboratoriyaların, tədris və tədqiqat mərkəzlərinin yaradılmasını yüksək qiymətləndirib.

Görüşün sonunda universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra qonaqlar universitetin tədris korpuslarında tədris və elmi-tədqiqat bazası, tələbə evində yaradılan şəraitlə tanış olublar.

yuxarı ⤴