1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Akademik Həsən Əliyevə həsr olunmuş kitabın təqdimatı olub
29.09.2017 / No37

 

 

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi qərara alınıb.

Yubileylə bağlı Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlərə xeyli əvvəl start verilib və indi də davam edir. Azərbaycan təbiət elminin patriarxı, respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin ən görkəmli məzunlarındandır. Akademik Həsən Əliyev 1930-cu ildə bu zəngin elm məbədinin aqronomluq fakültəsinə qəbul olunub, 1932-ci ildə həmin fakültəni vaxtından əvvəl bitirib. Onun çoxcəhətli və çoxşaxəli elmi fəaliyyəti, mənalı və ibrətli həyat yolu əsl ziyalı şəxsiyyətinin tipik xüsusiyyətləridir.

ADAU-nun qədirbilən kollektivi 86 illik mənalı ömür sürən öz görkəmli məzunu Həsən Əliyevin xatirəsini daim əziz tutur, onun zəngin yaradıcılığına və şəxsiyyətinə hörmət bəsləyir. Akademik Həsən Əliyevin yazdığı qiymətli əsərlər həmişə olduğu kimi, bu gün də universitetin professor-müəllim heyətinin və tələbələrin stolüstü kitablarına çevrilib. Bu gün universitetdə onun adını daşıyan ekologiya və meşəçilik kafedrası, xüsusi auditoriya və 110 illik yubileyi ərəfəsində əsası qoyulan dendroloji bağ fəaliyyət göstərir.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun müəllifliyi ilə Universitet Elmi Şurasının qərarı əsasında yenicə çapdan çıxmış “Akademik HƏSƏN ƏLİYEV Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı monoqrafiyası bu baxımdan təqdirəlayiqdir. Kitabda akademik Həsən Əliyevin həyat və yaradıcılığı, 110 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər, xatirələr öz əksini tapıb. Kitaba akademiklər Məhərrəm Babayev və Fuad Əliyev rəy veriblər.

Həsən Əliyevin məzunu olduğu aqronomluq fakültəsinin tədris korpusunda kitabın təqdimat mərasimini giriş sözü ilə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov açaraq görkəmli alimin həyatı və elmi axtarışları, eləcə də Azərbaycan təbiətinin qorunması ilə bağlı fəaliyyətindən danışıb.

Tədbirdə aqronomluq fakültəsinin ekologiya mühəndisliyi və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov, universitetin tədris şöbəsinin müdiri, kitabın redaktoru, dosent Nüsrət Hüseynov, tələbə Güldənə Həşimova, biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan bu nəfis tərtibatlı kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirib, alimlə bağlı xatirələrini dilə gətiriblər.
 

yuxarı ⤴