1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub
29.09.2017 / No37

 
 

 

 


AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı kitabının və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın “Naxçıvanda sənətkarlıq” monoqrafiyasının təqdimatı olub.

İnformasiya şöbəsindən verilən məlumata görə, təqdimat mərasimində bölmənin sədri, akademik İsmayıl Hacıyev hər iki kitabın nəşrini yüksək qiymətləndirib. Bildirib ki, Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitinə həsr etdiyi kitabda qəzet, jurnal və toplularda müəllifin müxtəlif illərdə çap olunmuş məqalələri sistemləşdirilib.

İsmayıl Hacıyev Sara Hacıyevanın müəllifi olduğu monoqrafiyada Naxçıvan ərazisində orta əsrlərdə yaradılan və bu günə gəlib çıxan sənətkarlıq məhsulları, bədii daşyonma, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, zərgərlik, bədii tikmə, boyaqçılıq və digər nümunələr barəsində məlumatların yer aldığını söyləyib. Qeyd edib ki, kitabda Azərbaycan tədqiqatçıları ilə yanaşı, türk və rus alimlərinin tədqiqatları, müxtəlif dövrlərdə bölgəyə səfər edən əcnəbi səyyah, coğrafiyaşünas və tarixçilərin yol qeydləri və əsərləri də öz əksini tapıb.

Tədbirdə “Naxçıvanın elmi, ədəbi və mədəni mühitinin tədqiqinə həsr edilmiş qiymətli əsər” və “Naxçıvanda sənətkarlığın inkişafına həsr edilmiş dəyərli əsər” mövzularında məruzələr dinlənilib. Sonra mövzu ətrafında çıxışlar olub.

Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” və “Naxçıvanda sənətkarlıq” adlı kitablar bölmənin Elektron Kitabxanasının “Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunub.
 

yuxarı ⤴