1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






İbtidai sinif müəllimlərinin iştirakı ilə metodik seminar
29.09.2017 / No37

 
 

 

 


İmişli Rayon Təhsil Şöbəsində 2017-2018-ci tədris ilində rayonun ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında işləyəcək ibtidai sinif müəllimlərinin iştirakı ilə metodik seminar keçirilib.

Seminarda məktəbəhazırlıq qruplarına sənəd qəbulunun yekunlaşdırılması, təlim materiallarının planlaşdırılmasının mahiyyəti və kurikulum əsasında hazırlanmış əyani vəsaitlər toplusundan istifadə qaydaları izah edilib, müvafiq metodik tövsiyələr verilib. Müəllimlərə tədris (məşğələ) planına aid qeydlər və təxmini planlaşdırma nümunələri paylanılıb.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində rayon üzrə 53 ümumi təhsil məktəbində 71 məktəbəhazırlıq qrupunun (Azərbaycan bölməsi üzrə 70, rus bölməsi üzrə 1) fəaliyyətə başlayacağı nəzərdə tutulub.

Məktəbəhazırlıq qruplarında işləyəcək müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təlimlərə cəlb edilib və Sabirabad şəhərində yekun qiymətləndirmədən keçərək müvafiq sertifikatlar alıblar.

Seminarda müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, çoxsaylı suallar cavablandırılıb.

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴