1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Şagirdlərə yol hərəkət qaydaları ətraflı izah olunub
29.09.2017 / No37

 
 

 

 


Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə şagirdlərin Dövlət Yol Polisinin əməkdaşları ilə görüşü keçirilib. Görüş Daxili İşlər Nazirliyinin elan etdiyi 15 sentyabr-15 oktyabr tarixlərində keçirilən “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı çərçivəsində baş tutub. Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nümayəndələri, məktəb rəhbərliyi, şagird və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti haqqında dolğun məlumat vermək, onlara təhlükəsizlik davranış vərdişlərini aşılamaq və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə Dövlət Yol Polisinin köməyini artırmaqdır.

Görüş zamanı tədbir iştirakçılarına yol hərəkət qaydaları ətraflı izah olunub, nizam-intizam qaydaları, yol mədəniyyətinin yüksəldilməsi üzrə maarifləndirici söhbətlər aparılıb.
Sonda şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴