1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Eksperimental pilot siniflər açılıb
29.09.2017 / No37

 
 

 

 


Şəki şəhər 5 nömrəli tam orta məktəbdə yaradılmış və Şəki “İstək” liseyinin sərəncamına verilmiş eksperimental pilot siniflərin sentyabrın 21-də açılış mərasimi keçirilib. Dövlət himninin səslənməsi ilə başlanan tədbiri “İstək” liseyinin direktoru Samir Şəmiyev açaraq liseyin Şəki-Zaqatala iqtisadi rayonlarının təhsil həyatı üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, ötən il “İstək” liseyi 309 məzun verib və məzunlarının 100%-i ali məktəblərə qəbul olunub. Onlardan 31%-i xarici universitetlərdə təhsil alır. Liseyin yetirmələri respublika və beynəlxalq olimpiadalarda ümumilikdə 93 medal qazanıb ki, onların da 23-ü qızıl medaldır.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov son illərdə Azərbaycan təhsilinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini, bu inkişafın Şəki şəhərinin təhsil həyatında da öz əksini tapdığını bildirib. Qeyd edilib ki, ötən tədris ilində Şəki şəhərindən 674 məzun ali məktəblərə qəbul olunub. Onlardan 60 nəfərdən çoxu 600 baldan yüksək nəticə göstərib.

Geniş həyətyanı sahəyə malik liseyin işıqlı sinif otaqları, kimya, biologiya, fizika, kompüter laboratoriyaları, idman meydançaları, kitabxanası, müasir tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Liseydə tədris peşəkar pedaqoji təcrübəyə malik müəllimlər tərəfindən aparılır. Hazırda V-IX siniflərin təhsil aldığı liseydə Şəki şəhəri və ətraf rayonlardan olan şagirdlər üçün yataqxana şəraiti mövcuddur.

 

yuxarı ⤴