1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Uşaq və Gənclərin İntellektual festivalına yekun vurulacaq
29.09.2017 / No37

 

 

 


Məktəblilərin müasir elmi-texniki bilikləri artırılır

“Aİ-Robot” Uşaq və Gənclərin Respublika İntellektual festivalının final mərhələsi keçiriləcək.

İlk dəfədir ki, keçirilən festivalın əsas məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması və nailiyyətlər barədə məlumatlandırılması, intellektual elmi-texniki yaradıcılığın inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması və təşəbbüskarlığın inkişaf etdirilməsidir.

Festivalda informatika, proqramlaşdırma və robot texnikası, fizika, astronomiya, riyaziyyat, biologiya, kimya, ekologiya elmləri strateji istiqamətlər olaraq müəyyən edilib.

Proqram çərçivəsində ümumi və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri komanda şəklində I-IV, V-VII və VIII-X sinif şagirdləri üzrə bölünüb.

İştirakçılara müasir elm sahələri üzrə “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun, robot texnikası və proqramlaşdırma üzrə yarışlar, elmi-kütləvi yaradıcılıq və kreativlik üzrə müsabiqələr olmaqla 3 nominasiya təklif olunur.

Cari ilin aprel ayından etibarən festivalda ümumilikdə 1736 iştirakçı olmaqla 217 komanda qeydiyyatdan keçib. May-iyul aylarında bütün komandalara test tapşırıqları üzrə izahat, məsləhət və tövsiyələr təqdim edilib, avqust ayı ərzində regional görüşlər keçirilib. Eyni zamanda Gəncə, Mingəçevir, Qəbələ zonaları üzrə komandaların yarışlara hazırlığının təmin edilməsi, praktik fəaliyyət üzrə bilik və bacarıqların formalaşdırılması məqsədilə mütəxəssislərin, komanda rəhbərlərinin və kapitanların iştirakı ilə təlim seminarları təşkil edilib. Sentyabrın 15-dən 21-dək isə Bakı şəhərində komandaların kapitanları ilə görüş keçirilib.

Regional seçim turlarının nəticəsi olaraq hər 3 yaş qrupundan 10 komanda olmaqla 30 komanda arasında cari ilin dekabr ayında festivalın yekun mərhələsi keçiriləcək.

Festival Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
 

yuxarı ⤴