1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan Texnologiya Universitetində Gəncə startaplarının görüşü olub
29.09.2017 / No37

 
 

 

 


Azərbaycan Texnologiya Universitetində (ATU) “Azercell Telecom” şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və PAŞA Bankın dəstəyi ilə yeni ideyası olan və öz biznesinə başlamaq istəyən tələbələrlə görüş keçirilib.

Bölgədəki digər ali təhsil müəssisələrinin də dəvət olunduğu tədbiri ATU Davamlı İnkişaf Mərkəzinin direktoru Fədai Əfəndiyev açaraq iştirakçıları universitetin rektoru, professor Akif Süleymanovun adından salamlayıb.

Sonra Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatorları İradə Məmmədova və Fidan Tofidi görüşün məqsədi barədə danışıblar.

Mərkəzin dəstəyi ilə startaplarını biznesə çevirə bilmiş “Xtreme Pro” və “Green Baku” layihələrinin müəllifi Samir Qədirov, “Technote” media platformasının baş icraçı direktoru və təsisçisi Fərid Pərdəşünas iştirakçılara öz uğur hekayələrindən bəhs ediblər.
Biznes ideyalarının stimullaşdırılması və praktik biliklərin paylaşılması məqsədi ilə təşkil edilən görüş çərçivəsində tələbə gənclərlə söhbətlər aparılıb, öz işinə başlamaq və işləmək istəyən, lakin hələ konkret bir ideyası olmayanlara sahibkarlıq haqqında məlumatlar verilib.

Tədbirdə tələbələr daha sonra Gəncə şəhərində ilk dəfə təşkil edilən və oktyabrın 10-dək davam edəcək “Ganja Big Idea Competition” ideya müsabiqəsi barədə məlumatlandırılıblar.

Sonda təşkilatçılar tələbələrin fikir və təkliflərini dinləyib onlara ünvanlanan sualları cavablandırıblar.
 

yuxarı ⤴