1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Yeniyetmə və gənclər maarifləndirilir
29.09.2017 / No37

 
 

 

 


Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Mənim yaşıl şəhərim” adlı layihənin icrasına start verib.

Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir.

Birlik sözügedən layihə çərçivəsində Bakı şəhərində yeniyetmə və gənclərin iştirakı ilə iməcilik aksiyası və ekoloji seminarlar təşkil edəcək. Keçiriləcək tədbirlərə cəlb olunan yeniyetmə və gənclər maarifləndiriləcək və iməcilik aksiyalarında iştirak edəcəklər. Həyata keçirilən layihədən ümumilikdə 250-dən artıq yeniyetmə və gənc faydalanacaq.
 

yuxarı ⤴