1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəblilərin Bakı şəhər birinciliyi başa çatıb
29.09.2017 / No37

 
 

 

 


Məktəblilər arasında stolüstü tennis üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 229 nömrəli tam orta məktəbdə təşkil edilib.

Paytaxtda oktyabrın 10-da keçiriləcək tennis üzrə respublika birinciliyinə hazırlıq çərçivəsində 11 yaşadək məktəblilər arasında təşkil olunan yarışda 20 oğlan və 18 qız mübarizə aparıb. Birinciliyin nəticələrinə əsasən, oğlanlar arasında BŞTİ-nin nəzdindəki 229, 82 və 238 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, II, III yerlərə layiq görülüblər. Qızlar arasında isə BŞTİ-nin tabeliyindəki 228 və 229 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, III, Bakı Avropa Liseyinin yetirməsi isə II yeri tutub.

Qaliblər diplom və medalla təltif edilib.

yuxarı ⤴