1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Rəsmi xronika
01.10.2016/№38

 

 


* Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Sentyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən V Bakı Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Forumun açılışında nitq söyləyib.

* Ölkə başçısı İlham Əliyev sentyabrın 29-da ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

* Sentyabrın 29-da dövlət başçısı İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da BMT-nin Baş katibinin müavini, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Sentyabrın 29-da ölkə başçısı İlham Əliyev İsrailin ölkəmizdəki səfirliyində olub, keçmiş prezident Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

* Dövlət başçısı İlham Əliyev sentyabrın 28-də Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanı qəbul edib.

* Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.

* Prezident İlham Əliyev sentyabrın 27-də Türkiyə Respublikasının müdafiə naziri Fikri İşıqın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.

* Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.

* Prezident İlham Əliyev sentyabrın 27-də Sumqayıt şəhərində səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində bir sıra obyektlərin açılışlarında iştirak edib və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

* Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə referendumda paytaxtın 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs veriblər.

* Sentyabrın 26-da ölkə başçısı İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

yuxarı ⤴