1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

“Qasım bəy Zakir şeirlərinin vəznləri” metodik vəsaiti haqqında düşüncələr
01.10.2016/№38

 

 


Klassiklərimiz arasında öz dəst-xətti ilə seçilən şairlərdən biri də XIX əsr Azərbaycan poeziyasında özünəməxsus mövqe qazanmış Qasım bəy Zakirdir.
Q.Zakir Azərbaycan şairləri sırasında öz zəngin ədəbi irsi, əsərlərinin ideya və məzmun dərinliyi, yüksək sənətkarlıq manerası, geniş oxucu kütləsi arasındakı nüfuzu ilə layiqli yer tutur. Xalq yaradıcılığından, ənənələrindən, folklorundan qidalandığı üçün onun əsərləri insanlar tərəfindən bəyənilmiş, qəbul edilmiş və dildən-dilə düşmüşdür.
Q.Zakirin yaşadığı zaman kəsimi Azərbaycanda klassik və müasir şeirin qoşa tətbiq edildiyi dövr kimi səciyyələndirilir. Daha doğrusu, o dövrdə heca vəzni təşəkkül tapmağa başlasa da uzun əsrlər boyu şairlərin yaradıcılığına hopmuş əruz vəzni də müvəffəqiyyətlə tətbiq olunmaqda davam edirdi. Məhz belə bir dövrdə yaşamış Q. Zakir hər iki vəznin bədii tələblərini məharətlə yaradıcılığına tətbiq etmişdir.
Qaşım bəy Zakir yaradıcılığı filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimlinin elmi araşdırmalarında, xüsusən də onun “Qasım bəy Zakir şeirlərinin vəznləri” adlı metodik vəsaitində təhlil olunub. Alim Q.Zakirin hələ 1964-cü ildə nəşr olunmuş 531 səhifəni əhatə edən 310 şeirini təhlil edərək onlardan 186-nın heca, 124-nün isə əruz vəznində yazıldığını aşkar etmişdir.
Sonra Sahib İbrahimli şairin heca vəznində yazdığı şeirlərin sistematikasını aparmışdır.
O, şairin heca vəznində yazılmış şeirlərinin əruz vəznində yazdığı şeirlərdən çox olmasını Zakirin müasirliyə, modernizmə meyilliliyi ilə izah edir.
Metodik vəsaitdə alim Q.Zakirin Azərbaycan dilinin incəliklərindən istifadə ustalığından və mövzu zənginliyindən geniş şəkildə söz açır.
Sahib İbrahimli Q. Zakirin əruz vəznində yazılmış şeirlərinin də elmi şəkildə təsnifatını verir və göstərir ki, şair yaradıcılığında əruzun əsasən, həzəc, rəməl, müzare, müctəs, münsərih və xəfif bəhrlərindən istifadə etmişdir.
Metodik vəsaitin məziyyətlərindən biri də Q.Zakirin istifadə etdiyi bəhrlərə və onların müxtəlif variantlarına aid şeirlərin kəmiyyət və keyfiyyətcə təsnifatı əruz vəznində yazılmış poetik nümunələrin, o cümlədən Q. Zakir poeziyasının bəhrlərinin təyin edilməsi qabiliyyətini aşılamasıdır. Alim əruz vəzninin xarakterik əlamətlərini elmi şəkildə təsvir etməklə vəznlərin ayırd edilmə mexanizmini izah edir.
Metodik vəsaitin sonunda Sahib İbrahimli Qasım bəy Zakirin öz şeirlərində müraciət etdiyi bəhrlərin variantlar və təfilələr əsasında qurulmuş ölçüləri, həmin ölçülərin Əkrəmi variantları və formulaları cədvəl şəklində göstərilmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimlinin Qasım bəy Zakir şeirlərinin vəznləri” adlı metodik vəsaiti Q.Zakir yaradıcılığına güzgü tutmaqla onu təhlil edənlər üçün əvəzsiz vəsait hesab oluna bilər. Vəsaitdən istifadə edənlər nəinki Q. Zakir poeziyasının, həm də əruz vəznində yazan digər Azərbaycan şairlərinin müxtəlif janrlar və bəhrlər üzrə yazdıqları nümunələrin poetik təhlilinə və bəhrlərinin təyininə nail ola bilərlər.

İsgəndər SƏKLİKOV,
Goranboy rayonu, Səfikürd kənd tam orta məktəbinin müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi

 

yuxarı ⤴