1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Biologiyadan dərs nümunəsi
01.10.2016/№38

(Şəkil1)

(Şəkil2)

(Şəkil3)

 

 


Biologiya fənni, VI sinif

Mövzu: Zoğ və tumurcuğun quruluşu. Tumurcuğun inkişafı.
Alt-standart: 1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Məqsəd: Zoğun və tumurcuğun quruluşunu təsvir edir. Tumurcuğun inkişaf prosesini təsvir edir.
İnteqrasiya: Fizika, 2.2.2
Təlim forması: Böyük və kiçik qruplarla iş
Təlim üsulu: Anlayışların çıxarılması, rollu oyun, Venn diaqramı
Resurslar: Dərslik, iş vərəqləri, ensiklopediya, müxtəlif şəkillər, ağac budağı nümunələri, otaq bitkisi, herbarilər, İKT, CD və s.
Dərsin gedişi.
Salamlaşma. Sinfin təşkili.
Motivasiya. Şagirdlərə şəkillərin köməkliyi ilə ifadələri tamamlamağı tapşırıram. İfadələri tamamladıqdan sonra sinfə bu sualla müraciət edirəm. Söhbət nədən gedir? Şagirdlər çiçək, yarpaq və zoğun tumurcuqdan inkişaf etdiyi fikrinə gəldiklərinə görə “tumurcuq” anlayışını təyin edirlər. Şagirdlərə tumurcuğun növləri haqqında qısa məlumat verdikdən sonra şəkil üzrə vegetativ və generativ tumurcuğun hissələrinin adlarını təyin etməyi tapşırıram. Bu işdə onlara köməklik göstərirəm.
Tədqiqat sualı: Tumurcuğun quruluşu necədir?
Tumurcuğun hansı növləri vardır?
Tumurcuğun inkişafı necə baş verir?
Tədqiqatın aparılması. Şagirdlər 4 qrupa bölünür. Hər bir qrupa tapşırıqlardan ibarət iş vərəqləri paylayıram. Tapşırığın yerinə yetirilməsi üçün ayrılmış vaxta müvafiq taymeri qururam. Ayrılmış zaman sona çatdıqda tapşırıqlar təqdimat üçün masanın üzərinə qoyulur. Şagirdlər tapşırıqları yerinə yetirdikləri zaman ev tapşırıqlarını yoxlayıram.
Hər bir qrupun tapşırığı eyni olur. Tumurcuqların söhbtinə diqqətlə fikir verin: (Şəkil1)
Tumurcuq A: ...mən təpə tumurcuğuyam, həmişə zoğun təpəsində oluram.
Tumurcuq B: ...biz generativ tumurcuğuq, zoğ üzərində müxtəlif yerdə yerləşirik.
Tumurcuq C: ...mən yarpaq qoltuğunda yerləşən qoltuq tumurcuğuyam.
Tumurcuq D: ...biz də qoltuq tumurcuqla bacıyıq, ikimiz də yan tumurcuğuq, amma mən yatmış tumurcuğam.
Tumurcuq E: ...mən də qoltuq tumurcuğuyam.
Tumurcuq F: ... dostlar, kök, yarpaq üzərində əmələ gələn əlavə tumurcuqlar da vardır.
Sonra:
* budaq üzərində yerləşməsinə əsasən onların müxtəliflik sxemini tərtib edin;
* onlardan əmələ gələn orqanları təyin edin.(Şəkil2)
Məlumat mübadiləsi. Hər bir qrupdan bir nəfər hazırladıqları işi təqdim edir.
Məlumatın müzakirəsi. Hər qrupun işi müzakirə olunur. Lazımi əlavələrimi edərək müzakirəni yekunlaşdırıram.(Şəkil3)

Qeyd edirəm ki, yarpağın zoğa birləşdiyi hissə buğum, iki qonşu buğum arasında qalan məsafə buğumarası adlanır. Əlavə tumurcuq buğumarasında da əmələ gələ bilər.
Tumurcuq pulcuqları tumurcuq açılmasından sonra tökülür, onun yerinə həlqəşəkilli çapıq qalır, bu tumurcuq həlqəsi adlanır.
Ümumiləşdirmə və nəticə. Budaq parçası üzərində müxtəlif nahiyələrin hissələrinin adlarının qeyd olunmasını təklif edirəm. Və “ Bu nahiyələrdə başqa hansı orqanlara rast gəlmək olar” sualına cavab tapmağı tapşırıram.
Yaradıcı tətbiqetmə. Vegetativ və generativ tumurcuqlar haqqında müvafiq məlumatları Venn diaqramında yerləşdirməyi təklif edirəm.
Ev tapşırığı. Evə 17-ci mövzunu tapşırıram.
Qiymətləndirmə. Qiymətləndirmə üçün qruplararası və qrupdaxili qiymətləndirməni şagirdlərə tapşırıram. Bunun üçün müvafiq qiymətləndirmə vərəqlərini qruplara paylayıram. Mənim qeyd etdiyim meyarların sırasına şagirdlər də yeni meyar əlavə edə bilər.

Qruplararası qiymətləndirmə rubriki



Qruplar İdeyalara görə Tərtibata görə İzahına görə

Qiymətləndirmə üçün aşağıdakı qiymətləndirmə meyarlarını əsas götürür və şagirdləri fərdi olaraq qiymətləndirirəm.

Sevinc QULİYEVA,
Bakı şəhəri Milli Qəhrəman M.İbrahimov adına 153 nömrəli tam orta məktəbin biologiya müəllimi, BDU-nun doktorantı

yuxarı ⤴