1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Kimyanın həyatla əlaqəsini göstərən dərs nümunəsi
01.10.2016/№38

(Şəkil1)

(Şəkil2)

 

 


Kimya fənni, IX sinif

Mövzu: Suyun codluğu və onun aradan qaldırılması üsulları
Standart: 2.2.1.; 2.2.2.; 3.1.1.; 4.1.1.; 4.2.1.
Məqsəd:
- Codluq anlayışını izah edir, onun növlərini ayırd edir, aradan qaldırılma üsullarını göstərir (üsullardan istifadə edərək suyu yumşaldır).
- Suyun codluğunun aradan qaldırılmasına aid olan reaksiya tənliklərini tərtib edir.
- Suyun codluğunun aradan qaldırılmasına aid olan reaksiya tənliklərinə əsasən hesablamalar aparır.
- Suyun codluğunun həyatda roluna dair şərhlər verir.
- Suyun yumşaldılması zamanı görülən tədbirlərdə ətraf mühitin çirklənməsini, onun aradan qaldırılması yollarını izah edir.
İş formaları: böyük qrupla, kiçik qruplarla iş.
İş üsulları: müzakirə, tədqiqat.
İnteqrasiya: biologiya.
Reaktivlər və təchizat: sabun məhlulu, distillə olunmuş su, Ca(OH)2 məhlulu, Na2CO3, spirt lampası, sınaq şüşələri, iş vərəqləri, proyektor, kompüter, təqdimat.
Dərsin gedişi.
Salam uşaqlar, ekrana baxın və okean suyunun element tərkibinə fikir verin. İnsan orqanizmində 5 litr qanın 3,5 litri plazmanın payına düşür. İnsan qanı özünün element tərkibinə görə dəniz suyuna yaxındır.


Nəticə: hər bir insan dəniz mənşəlidir. Qan itirdikdə və ya susuzlaşma baş verdikdə onun orqanizminə 0,85% NaCl fizioloji məhlulu yeridilir.
Bizim məqsədimiz insanın mənşəyini araşdırmaq deyil, sudan danışacağıq. Hər gün bir neçə dəfə eşitdiyiniz reklama bir daha baxın (kalqon haqqında). Uşaqlar, bu reklamın bizim mövzumuzla nə əlaqəsi ola bilər? (Sual-cavab əsasında mövzu çıxarılır).
– Paltaryuyan maşın niyə xarab oldu?
– Suyun tərkibində duz çox idi.
– Uşaqlar, duzu çox olan suya cod su deyilir. Görəsən, suya kalqon nə səbəbdən tökülür?
– Suyu yumşaltmaq üçün.
– Biz 2 açar söz: cod su və yumşaq su sözləri vasitəsilə mövzumuzu çıxardaq: Suyun codluğu və onun aradan qaldırılma üsulları. İş vərəqlərinizə ayın tarixini və mövzunu qeyd edin.
– Sizcə, biz bu mövzuda nədən danışa bilərik?
– Suyun codluğundan, onun yumşaldılmasından, cod suyun təsirindən.
– Əvvəlcə codluq anlayışını dəqiqləşdirməliyik. İş vərəqində təbiətdə gedən proseslər nəticəsində cod suyun yaranması ilə əlaqədar məlumatı oxuyun. (Şəkil1)

Təbiətdə olan və suda həll olmayan CaCO3 və MgCO3 suyun və havada olan CO2-nin təsirindən hidrokarbonatlara (həllolan maddələrə) çevrilirlər:
CaCO3 + H2O + CO2→Ca(HCO3)2
MgCO3 + H2O + CO2 → Mg(HCO3)2
Bu proseslər təbii şəraitdə baş verir və karbonatların yerüstü sulara, oradan da dəniz və okeanlara daxil olmasına səbəb olur. Təbii sulara, eləcə də yer qabığında olan və həll ola bilən CaCl2, CaSO4, MgCl2, MgSO4 duzları da daxil olur.
Beləliklə, suyun codluğu – suda Ca2+ və Mg2+ ionlarının hidrokarbonatlar, sulfatlar, xloridlər şəklində olmasından irəli gələn xassəsidir.
Suyun insan orqanizminə təsirindən danışır və şagirdlərə sual verirəm:
– Sizcə, suyu yumşaltmaq lazımdırmı? Diqqətiniz məndə olsun (nümayiş təcrübəsi). 2 kolbaya eyni həcmdə distillə edilmiş su tökürəm, bunlardan birinə bir qədər kalsium (və ya maqnezium) duzu əlavə edirəm. Hər iki kolbaya qatı sabun məhlulu əlavə olunur.
– Nə müşahidə etdiniz?
– Birində tez bir zamanda sabun köpüyü əmələ gəldi. Bu distillə edilmiş sudur. O birində sabunun xeyli sərfindən sonra köpük əmələ gəldi və çöküntü də yarandı.
– Niyə belə oldu?(Fərziyyələr dinlənilir.) Tam cavabı isə özünüz tədqiqat aparmaqla alacaqsınız. Tədqiqata başlamaq üçün müəyyən bilik və bacarıqlarınız olmalıdır. Bunu da əvvəlki dərslərdən əldə etmisiniz. Yoxlayaq, yadımıza salaq: Şagirdlər uyğunluğu yoxlayırlar.

– İndi tədqiqata başlamaq üçün hazırsınız. Kiçik qruplarla işləyəcəksiniz.
I fəaliyyət. Təlimat: Suyun codluğunu təyin etmək üçün qatı sabun məhlulundan istifadə olunur. Eksperimentin əsasında sabun məhlulunun müxtəlif codluqlu suda müxtəlif sürətlə davamlı köpük əmələ gətirməsi durur. Sabun məhlulu tədqiq olunan suya damcı-damcı tökülür və çalxalanır. Etalon olaraq distillə edilmiş su götürülür.
Suyun codluğunun təyininin nəticələri.
Su nümunələri Sabun məhlulunun damcılarının sayı Dəyişiklik
1.Distillə suyu 1 Davamlı köpük əmələ gəldi
2.Ceyranbatan suyu 12 Davamlı köpük əmələ gəldi, lopavarı çöküntü alındı.
3.Şollar suyu 10 Davamlı köpük əmələ gəldi, lopavarı çöküntü alındı.
Nəticə:
– Sizcə, nə səbəbdən su nümunələrində köpüyün əmələ gəlməsi bir qədər gec, həm də çöküntü alınandan sonra baş verdi?
– Yəqin su yumşaldı.
– Bəli. Sabun suyu yumşaldan vasitələrdən biridir. İndi tədqiqatımıza davam edərək codluğun növlərini müəyyən edək.
II fəaliyyət. Təlimat. Su nümunələri qaynadılır və eksperiment təkrar olunur.
Codluğun növünün təyini.

Nəticə: Qaynatma prosesindən sonra sabun məhlulunun sərfi azaldı (su yumşaldı), çünki suda karbonatlı codluq üstünlük təşkil edirdi. Suyu qaynatdıqda yumşalır:
Ca(HCO3) 2 → CaCO3 + CO2 + H2O
Suyun daimi codluğunun hansı duzların hesabına olduğunu öyrənmək üçün qaynadılmış suyu AgNO3, BaCl2 reaktivləri ilə tədqiq edək:
Cl- ionunun təyini:

Nəticə: Suyun daimi codluğu Ca2+ və Mg2+ xloridlərinin hesabınadır.
CaCl2 + 2AgNO3 → Ca(NO3)2 + 2AgCl↓.
– Daimi codluğu suyu qaynatmaqla aradan götürmək olmur. Qaynadılmış suyun başqa nümunəsinə Na2CO3 məhlulu əlavə etdikdən sonra sabun məhlulu ilə təsir edin. Müşahidələrinizi deyin.
– Sabun məhlulunun damcılarının sayı 4-5-ə endi.
Nəticə: Daimi codluğu Na2CO3 məhlulu ilə aradan qaldırmaq olar.
CaSO4 + Na2CO3 → Na2SO4 + CaCO3↓
(Bəzən sodanın əvəzinə natrium-ortofosfat götürürlər).
III fəaliyyət. Ümumi codluq nədir? Suyun ümumi codluğunu aradan götürmək üçün nə təklif edərdiniz?
İş vərəqində olan məlumatı oxuyun. Müvəqqəti və daimi codluq suyun ümumi codluğunu əmələ gətirir. Daimi codluğu aradan qaldırmaq üçün sönmüş əhəng və soda qarışığından istifadə edirlər. Codluğu ionitlər (ion mübadilə qətranları) vasitəsilə də aradan qaldırırlar. Bu zaman Ca2+ və Mg2+ ionları qətranın tərkibinə, qətrandan isə H+ və Na+ məhlula keçir, nəticədə su yumşalır. Suyu yumşaltmaq üçün başqa üsullar da var. Trilon-B (etilendiamintetrasirkə turşusunun ikiəvəzli Na duzu), seolitlər – alümosilikatlar (onların kristal qəfəsində boşluqlar var ki, orada Ca2+, Mg2+ ionları toplana bilir).

– Codluğu dəqiq ifadə etmək mümkündür. Bunun üçün kolbaya 100 ml tədqiq etdiyiniz su tökün, üzərinə 2-3 damcı metiloranj əlavə edin. Nə müşahidə edirsiniz? Büretdən damcı-damcı 0,1 n HCl məhlulu tökün. Hər dəfə kolbanı ehtiyatla çalxalayın. Qırmızı rəng alınanda sərf olunan turşunun həcmini qeyd edin. Bu əməliyyatı 3 dəfə təkrar edin. Orta qiyməti çıxardın. Düsturdan istifadə edərək suyun müvəqqəti codluğunu hesablayın.
Tədqiqatın nəticələri.
Biz 2 mənbədən olan suyun codluğunu laborator üsulla tədqiq etdik. (Şəkil2)

yuxarı ⤴