1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib
01.10.2016/№38

 

 


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda DİN İC, “Məhsul” İC, BTİ, “Təhsil” RİM, “Ümid” İK, SMİF-nın idmançıları mübarizə aparmışlar. Nəticələrə görə qadınlar arasında I yerə 1 km. məsafədə Jalə Rəhimzadə (BTİ), 2 km. məsafədə Natavan Etibarova (“Təhsil” RİM), 4 km. məsafədə Aynur Əsgərova (BTİ), 6 km. məsafədə Rəqsanə Rəcəbli (BTİ), kişilər arasında I yerə 2 km. məsafədə Leonid Kryukov (“Məhsul” İC), 3 km. məsafədə İlham Abışov (BTİ), 6 km. məsafədə Nail Rzayev (“Məhsul” İC), 10 km. məsafədə Elman Abışov (“Təhsil” RİM), veteranlar arasında isə I yerə Tapdıq Dadaşov (Sumqayıt) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Onu da qeyd edək ki, I-III yerləri tutmuş idmançılar 16-18 oktyabr 2016-cı il tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanmışlar.

 

yuxarı ⤴