1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Samux rayonunda veloyürüş
01.10.2016/№38

 

 


Aqroeko Konsaltinq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yaşıl xəzinəm: Samux rayonunda veloyürüş və digər ekoloji aksiyaların keçirilməsi” layihəsini icra edir.
Layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında ekoloji mühitin formalaşdırılması, sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılması ilə yanaşı veloyürüşün, ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir.
Layihə çərçivəsində Samux Rayon Heydər Əliyev Mərkəzində ilk təlim keçirilib. Təlimdə Samux Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş şöbəsinin rəhbəri Rasim İmamquliyev, aqro-kimyaçı ekspert Xumar Kazımova, təlimçi Samirə Ələkbərova və Samux Rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə iştirak ediblər.
Təlimdə layihə və onun məqsədi, donoru haqqında, layihənin istiqaməti barədə geniş məlumatlar verilib. Samux rayonunda layihə haqqında verilən elanlardan yeniyetmələrdə layihədə iştirak etmək həvəsi yaranıb və onlar təlimə velosipedləri ilə gəliblər.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴