1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rəsmi xronika
06.10.2017 / No37

 

 

 


* Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.

* Oktyabrın 3-də dövlət başçısı İlham Əliyev Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.

* Oktyabrın 3-də ölkə başçısı İlham Əliyev Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Oktyabrın 2-də Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat ilə əlaqədar başsağlığı verib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan və Şamaxı rayonlarında səfərdə olub. Ölkə başçısı səfəri çərçivəsində hər iki rayonda sosial və iqtisadi təyinatlı obyektlərin açılışlarında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə, həmçinin yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.

* Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

* Sentyabrın 29-da Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak ediblər. Ölkə başçısı İlham Əliyev mərasimdə nitq söyləyib.

* Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində, Bakıda keçirilən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Avropa Olimpiya Komitələrinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında sentyabrın 29-da dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vida mərasimində iştirak edib.

* Sentyabrın 29-da ölkə başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə bu ölkənin milli bayramı - Alman Birliyi Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Prezident İlham Əliyev sentyabrın 29-da Koreya Respublikasının Prezidenti Mun Ce-inə bu ölkənin milli bayramı - Dövlətin Yaranması Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

yuxarı ⤴