1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Ötən ay Təhsil Nazirliyinə 18790 müraciət daxil olub
06.10.2017 / No37

 
 

 

 


Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 18790 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12112 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6678 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1673 sənəd (1058 ərizə, 532 məktub, 83 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi, dərs saatlarının verilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (2627 müraciət) və cümə axşamı (2591 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1484 müraciət) və çərşənbə (1345 müraciət) günləri, əsasən, saat 09:00-dan 12:00-dək müraciət edilib.
 

yuxarı ⤴